Putin Rio Olimpiadasının açılışına getməyəcək


Putin  Rio Olimpiadasının açılışına getməyəcək
WADA Beynəlxalq Olimpia Komitəsinə “uduzdu””. Rus idmançılaırnın olimpiadada iştirakını baykot etmək ı alınmadı.

Vladimir Putin avqustun 5-də Rio de Jenerada keçiriləcək Olimpiadanın açılışında iştirak etməyəcək. Bubarədə prezidentin mətbuat xidmətinn rəhbəri Dmitri Peskov məlumat verib.

O, bununla yanaşı Beynəlxalq Olimpia Komitəsi və Ümumdünya Antidopinq Agentliyinin (WADA) qərarlarına da münasibət bildirib.

Putinin iş panında Rio de jeneraya səfərin nəzərdə tutulmadığnı qeyd edən mətbiuat katibi onun digər günlərdə də Olimpiadanın hadisələrinə baxmağa gedib getməyəcəyi haqqında bir söz deyə bilməyəcəyni söyləyib.

Beynəlxalq Olimpia Komitəsinin filtirdən keçirilmş rus idmançılarının olimpiadaya buraxılması qərarını təqdir edən mətbuat katibi, eyni zamanda İdman naziri Vitali Mutko və nazirliyin digər məmurlarına akkreditasiya verilməməsinə Kremlin təəssüflə yanaşdığını da vurğulayıb.

Dmitri Peskov WADA prezidenti Kreyq Ridinin rus idmançılaırnı olimpiada buraxılması qərarına etiaz etməsinə də münasibət bildirərək, olimpia ailəsində Beynəlxalq Olimpia Komitəsi qərar verən əsas təşkilatdır-deyib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir