Putin: Rusiya heç kimi təhdid etmir, öz müdafiəsini möhkəmləndirir


Putin: Rusiya heç kimi təhdid etmir, öz müdafiəsini möhkəmləndirir
RF geopolitik çəkişmələrə getməyəcək. Kremlin mətbuat xidmətindən verilən məlumata görə prezident Vladimir Putin bəyan edib.

“Biz heç kimi təhdid etmirik, bizi kimsə, hansı yollasa geopolitik oyunlara və həmçinin konfliktlərə çəkmək istəsə də, bizim ona qarışmaq fikrimiz yoxdur””-deyə putin RF Silahlı qüvvələrinin inkişafına həsr olunmuş yığıncağında bildirib.

Putin ölkənin müdafiəsi sahəsindəki məsələlərin həllində bütün dövlət orqanlarının güclərini birləşdirərək kompleksli yanaşmasına diqqət çəkib. Rusiya prezidentinin fikrincə, RF-nin süverenliyi və ərazi bütölüyü, habelə, onun müttəfiqlərinin təhlükəsizliyi etibarlı şəkildə qorunmalıdır.

TASS-ın məlumatında deyilir ki, Putin son illərdə Rusiyada vahid hərbi planlaşdırma sisteminin formalaşmasının başa çatdığını, hərbi təşkilatların idarə olunmasında yanaşmaların dəqiqləşdirildiyini, 2013-cü ilin yanvarında isə RF-nın müdafiəsi planının təsdiq edildiyini qeyd edib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir