Putin Rusiyada koronavirusun yayılmasının ləngidiyindən danışdı


Putin Rusiyada  koronavirusun yayılmasının  ləngidiyindən  danışdı
RF prezidentu Vladimir Putin Rusiyada koronavirusa qarşı görülən tədbirlərin onun yayılmasını ləngitdiyini bəyan edib. Lakinn ölkə başçısı onu da qeyd edib ki, epidemiyanın yüksəlişi (pik həddi ) hələ qabaqdadır.

“Koronavirusun yayılması yalnız Moskvada deyil, Rusiyanın digər regionlarında da davam etməkdədir. Lakin hazırlıqlar sayəsində bu prosesi ləngidə bilmişik””. Putin bu fikirləri ölkədə sanitar-epidemoloji vəziyyətə həsr olunmuş yığıncaqda söyləyib.

“”Vəziyyət gərgin olaraq qalır və təəssüf ki, epidemiyanın yayılması və koronavirusa yoluxanların sayı artmaqda davam edir. Profilaktik tədbirlərin hesabina biz bunu ləngidə, prosesi durdura bilmişik. Lakin virus hətta bir dənə olsa belə Rusiyanın bütün 85 regionunda qeydə alınıb””-deyə prezidentin sözlərindən TASS sitat gətirib.

Prezident onu da vurğulayıb ki, epidemiyanın qarşıda gözlənilən yüksəkliyini yumşaldaraq bunu keçmək vacibdir.

RF başçısı – “”Mütəxəssislərin dediyi kimi, xəstəliyin pik həddi hələ qarşıdadır və yeni yoluxanların qeyd alındığı bir dönəmdə və bizə indi bu yükəslişi yumşaltmaq və onun keçmə müddətini azalatmaq lazımdır””-deyib.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir