Putin Rusiyanın dollardan imtina etməsindən danışdı


Putin Rusiyanın dollardan imtina etməsindən danışdı

Əslində mən özüm bunu istəməsəm də Rusiya dollardan imtina etməyə məcburdur,-deyə prezident Putin deyib.

“Bizim dollardan imtina etmək kimi bir niyyətimiz yoxdur, lakin bunu etməyə məcburuq. İnandırıram ki, biz bunu edəcəyik…özümüzün ziyanınmıza olmasın deyə biz nəyisə tələsik etmək istəmirik”,-deyə dövlət başçısı qeyd edib.

Onun sölərinə görə “dollar özü bizi tərk edir”. “Aidiyyatı qərar qəbul edənlər artıq öz ayağına deyil, biz az yuxarıya atəş etmiş olurlar, çünki dollar ilə hesablamalardakı stabilsizlik dünyanın bir çox iqtisadçılarında yeni ehtiyat valyuta taparaq dollardan asılı olmayan hesablama sisteminə keçmək arzusu yaradıb”,-deyə Putin deyib.

Bundan bir müddət əvvəl dollardan imtinanın vacibliyi barədə fikirləri maliyyə naziri Anton Siluanov, iqtisadi inkişaf naziri Maksim Oreşkin, bankçılar və digər dövlət məmurları da səsləndirmişdilər.

Onların fikrincə, əgər ABŞ yeni sanksiya tətbiq edər və Amerika banklarında Rusiya hesablarını dondurarsa, bu Rusiyanın ziyanına olar. Bu vəziyyətdə dollarla dəyərləndirilmiş yerli qızılvalyuta ehtiyatı təhlükəylə üzləşməli olacaq. Məsələnin həllini kimi xarici ortaqlara hesabları rubl, avro və yuan kimi valyutalarla həyata keçirmək təklif edilir.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir