Putin Sobyanini təbrik etdi


Putin Sobyanini təbrik etdi
Rusiya prezidenti Vladimir Putin senytabrın 9-da keçirilən mer çekilərində Sergey Sobyanini qalib gəlməsi münasibətilə təbrik edib. Bu haqda TASS agentliyinin məlumatında deyilir.

“Telefon söhbətində Vladimir Putin Sergey Sobyanini Moskva meri seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib””-deyə prezident administrasiyasından bildiriblər.

Moskva şəhər seçki komitəsinin son məlumatına görə protokolların 99%-i yoxlandıqdan sonra Sobyanin seçicilərinin 70,02 % səsini topladığı müəyyən olunub. Qeyd edilir ki, ona 1,5 milyon paytaxt sakini səs verib. Keçirilən seçkidə isə Moskva sakinlərinin 30% iştirak edib.

Sobyanin özü seçkilərdə qalib gəlməsi barədə gecəyarısı xəbər verib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir