Putin Ukrayna qaçqınları üçün qeydiyyatı asanlaşdırdı


Putin Ukrayna qaçqınları üçün qeydiyyatı asanlaşdırdı
PF prezidenti Vladimir Putin öz ölkəsini məcburi tərk edən xarici vətəndaşlara yaşayış izni verilməsi üçün sadələşdirilmiş qanun imzalayıb. Qanun xarici vətəndaşlara və Ruisya ərazisində qaçqın kimi tanınan- kütləvi qaydada ekstremal şəraitdə Rusiyaya gələn vətəndaşlığı olmayan şəxslərə güzəştli şərtlərlə yaşamaq hüquqi alamağa icazə verir.

Qanun Ukraynanı məcburiyyət qarşısında tərk etmiş şəxslərə də şamil eidlir. Rusiya Federal Miqrasiya xidməti rəhbərinin səlahiyyətlərini həyata keçirən Yekaterina Yeqorovanın sözlərinə görə, yaşamaq icazəsi almaq insanlara yaşayış evi, gəldiyi yerə qeydiyyata düşmək və ipoteka krediti almaq imkanı verəcək.

O da qeyd edilir ki, qanun rəsmi dərc olunduqdan 90 gün sonra qüvvəyə minəcək.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir