Putin və Ərdoğan görüşməsi 5 saat 40 dəqiqə sürüb


Putin və Ərdoğan görüşməsi 5 saat 40 dəqiqə sürüb
Dünyanın da nəfəsini tutaraq maraqla gpzlədiyi Rusiya və Türkiyə prezidentlərinin Moskva danışıqları başa çatıb. Anadolu agentliyinin verdiyi məlumata görə Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasındakı görüş 5 saat 40 dəqiqə davam edib. Əvvəlcə cənab Putin və Ərdoğan “üzbəüz”” ünsiyyətdə olublar. Ardınca nümayəndə heyətinin üzvlərinin iştirakı ilə müzakirələr davam edib. Görüşdə Suriyanın İdlibində baş verənlərdən danışılıb.

Bu görüşə qədər Moskva və Ankarada ekspertlər səviyyəsində iki ölkə arasında üç dəfə danışıqlar aparılmış, lakin heç bir nəticəyə varılmamışdı. Həmçinin prezidentlər münaqişənin genişlənməsini telefonla müzakirə etmişdilər.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir