Putin vətəndaşlara Uzaq Şərqdə 1 hektar torpaq verir


 Putin  vətəndaşlara Uzaq Şərqdə  1 hektar torpaq verir
RF prezidenti Vladimir Putin Uzaq Şərq federal dairəsində vətəndaşlara torpaq sahəsi ayrılması haqqında qanun imzalayıb. Sənəd qanun məlumatları dərc edilən rəsmi saytda verilib.

Şənədə görə rusiyalılar bir dəfə pulsuz olaraq Uzaq Şərqə daxil olan: Yakutiya, Primorsk, Xabarovsk, Amur, Maqadan, Saxalin vilayətlərində və həmçinin Yevrey Muxtar vilayəti və Çukot Muxtar vilayəti dairəsindən bir hektar torpaq ala bilər. Sahə 5 illiyə verilir, o, üçüncü şəxs hüququndan azad olmalı yə və azad dövriyyədə olmalıdır.

beş ildən sonra torpağı icarəyə götürmək və ya özlləşdirmək olar. Əgər torpaq istifadə olunmazsa, o halda geri alınacaq. Verilən torpaq sahəsində istənilən fəaliyyəti həyata keçirməyə izn verilir. Bununla yanaşı torpaq veriləndən sonra bir il ərzində vətəndaş səlahiyyətli orqana sahədən hansı məqsədlə istifadə etdiyi haqda məlumatlandırmalıdır. 3 ildən sonra isə istifadə etdiyi haqda deklarasiya təqdim etməlidir.

2016-cı ilin iyunun 1-dən “uzaqşərq hektarçılarına”” birinci mərhələ təqdimatı başlanacaq. İlkin mərhələdə sahələr Uzaq Şərq Federal dairəsi hakimiyyət subyektləri tərəfindən seçilmiş ayrı-ayrı bələdiyyə orqanlarınadan məhdud şəkildə veriləcək. Oktyabrn 1-dən isə bütün Uzaq Şərq Federal dairəsi ərazisindən paylanmağa başlanacaq. 2017-ci ilin fevral ayının 1-nə qədər torpaq sahəsini ancaq rusiyalılar və aidiyyatı subyektdə qeydiyytada olanlar ala bilərlər. Bu tarixdən sonra isə bütün vətəndaşlar oradan 1 hektara sahib olmaq hüququ qazanacaqlar.

Necə deyərlər, əvvəl evin içi, sonra çölü.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir