Putin və Medvedev yolu xalqa verdi


Putin və  Medvedev  yolu  xalqa verdi
Putin evdə işləyəcək, Medvedev isə işə vertolyotla gedib gələcək.

Rusiya prezidenti Moskva küçələrindəki tıxac problemini həll etmək üçün maşında az-az gəzməyi və evdə işləməyi qərara alıb. Bu haqda The Christian Science Monitor-un müxbiri məlumat verib.

“Prezident Kremldə keçirilən tədbirləri minimuma endirib və moskvalıları narahat etməməkdən ötrü onları Oqarevda keçirməyi düşümür. Əgər tədbir mərasim təşkil etmək tələb etmirsə, o zaman məzmunca heç bir fərqi yoxdur və o Moskva ərtafı rezidensiyada keçiriləcək”-deyə Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

Eyni zamanda Dmitri Medvedevin mətbuat xidmətindən bəyan ediblər ki, baş nazir də avtomobildən az istifadə edəcək və Moskvanın mərkızindəki Ağ Evə vertolyotla gedib gələcək.

Milyonlarla avtomobil sutka əzində Moskva magistrallarında böyük tıxacların yaranmasına səbəb olur. Ekspertlər hesab edirlər ki, ən böyük problemi isə hər gün ölkənin iki Ali lideri və Rusiya Pravoslav Kilsəsi patriarxının evdən-işə və işdən evə gedib gəlməsi yaradır-deyə xarici mətbuatın nümayəndəsi qeyd edib.

“Onlar yoldan istifadə etməyi ixtisar etsələr təbii ki, fərq doğrudan da böyük olacaq”-deyə 2006-cı ildən bəri məmurların yollarda imtiyazlarına qarşı mübarizə aparan , “Azad seçim” sürücülər assosiasiyasının rəhbəri Vyaçeslav Lısakov deyib.
“Hər dəfəsində bizim liderlər harasa gedəndə polis bütün nəqliyyatların hərəkətini dayandırılır, 3 böyük magistral saat yarım baglanır. Bu da cəmiyyətdə neqativ rəy yaradır, bunu dəyişməyin vaxtıdır”-deyə o, əlavə edib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir