Putin yeni silahlarıyla “İndi bizi dinləyin””-deyə meydan oxudu”


Putin yeni silahlarıyla  "İndi  bizi dinləyin"-deyə  meydan oxudu
RF prezidentinin hər il ənənəvi olaraq Federal yığıncağa müraciətini Qərb mətbuatı belə dəyərləndirib.

Rusiya prezidenti Vladimir Putinin Feredal yığıncağa müraciətinə Qərb mətbuatı reaksiya verib.

Xarici KİV-ləri Putinin müraciətini “görünməmiş şəkildə mübariz “” adlandırıb və sərt bəyanatın ABŞ-a ünvanladığını yazıb.

BBS-cı prezidentin adətən mütaciətini bir neçə eyni hissəyə böldüyünə diqqət yetirib: İnfrastruktur, insan kapitalı, korrupsiya və beynəlxalq gündəm… Bu dəfə vurğu yetərincə dəyişdirilib və Putin vaxtının yarısını Rusiyanın yeni silahlarına sərf edib.

“”Putin özünün illik çıxışını kontinentlərarası ballistik nüvə raketləri də daxil olmaqla, yeni silah dəstləri ilə qərb xalqlarını hədələməyə yönəldib””-deyə The New York Timesən xəbərində deyilir.

The Guardian isə qeyd edib ki, yeni silahlanmanı nümayiş etdirmək xatirinə müraciətin yeri Kremlin Georgiyevsk zalından Manejə dəyişdirilib.

CNN və  Bloomberg nəşrlərini Rusiya prezidentinin sözlərində ABŞ-ın yeni nüvə startegiyasının Moskvada narahatçılıq doğurduğunu və RF hərbi gücünü artırmaqla buna reaksiya verməyə məcbur olduğunu cəlb edib.

Alman mətbu orqanları olan  Die Welt и Zeit Online Putinin təqdim etdiyi yeni raketlərin PRO (raketlərəqarşı müdafiə ) sistemi tərəfindən tutula bilməməsinə diqqət çəkib. Rusiyada elə bir raket var ki, başqa heç bir ölkədə yoxdur-deyə onlar haqqında Rusiya lideri danışıb.

Le Point mətbuatı isə Vladimir Putinin Qərb ölkələrinin Rusiyaya münasibəti ilə bağlı söylədiyindən sitat gətirib:

Putin -“”Özlüyündə heç kim bizimlə danışmaq istəmirdi, kimsə bizi eşitmirdi. İndi dinləyin””, -deyə yeni Rusiya silahlarını nümayiş etdirdikdən sonra bildirib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir