Putindən Rusiyaya dost olmayanlara – sillə kimi cavab


Pələngin ətrafında  dolaşan çaqqallar;

Bizim qırmızı xəttimizi keçməyin, onun cizgilərini də özümüz müəyyən edirik;

Xoş niyyətimizi zəiflik kimi qəbul edənlər yanılır;

Hər kəsə hər cür cavabımız var. Assimetrik, cəld və sərt;

Bütün bunlar Rusiyanın beynəlxalq  aləmdə yeri və ona münasibətə cavab olaraq söyləninənlərdir…

Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciəti zamanı ölkəsinə dünyadakı münasibəti Redyard  Kiplinqin “Mauqli” əsərindəki personajlarla müqayisə etdi.

“Şirxanın ətrafında hər cür Tabaklar dolaşır”.  Rusiya ətrafında  baş verənləri pələng Şirxanın ərtafında dolaşan  çaqqal  Tabakkimlər-deyə xarakterizə edərək, öz ölkəsinin maraqlarında israrçı olduğunu da bildirdi.

Bundan əlavə Putin Rusiya ilə münasibətdə  “qırımız xətti”  də keçməməyi məsləhət gördü. “Qırmızı xətt”ə gəlincə,  onun cizgilərini də özümüz müəyyən edirik-dedi.

“Bizim öz maraqlaırmız var və beynəlxalq qanun çərçivəsində  bunda israrlı olacağıq. Kimsə eqosit tonla seçərsə,  Rusiyanın ona verəcəyi cavablı var”-deyə prezident Rusiyaya qarşı olanlara yerini də göstərmiş oldu.

Dünya sanksiya təzyiqinə alışıb. O, Belorusiya prezidentinə qarşı hazırlanan sui-qəsd cəhdini misal gətirərək “Kollektiv Qərbin reaksiya vermədiyini” də vurğuladı.

“Biz dünyanın bütün ölkələri ilə mehriban münasibətdə olmaq istəyirik. Amma Rusiyaya ilişirlər. Kimsə bizim xoş niyyətimizi zəiflik kimi qəbul edirsə, yanılır. Bilsin ki, Rusiyanın  buna cavabı assimetrik, cəld və sərt olacaq”- Putin bu sölərlə də dost olmayanlara  ismarıcını yolladı.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir