Putinin media kapitanları ilə qapalı görüşündən xəbər sızdırdılar


Onun məzmunu haqqında  detalları  iştirakçılar paylaşıb. The Bell bu haqda yazdığına görə xəbəri uçuran olub…

Kremlsə  Putinin baş redaktorlarla görüşməsinin təfərrüatının sızdırılmasından məyusdur.

Və  görüşün niyə xalqa açıq olmadığı da  şərh  edilib. Bu barədə RF prezidentinin mətbuat xidmətinin katibi Dmitri Peskov açıqlama verib. O,  prezident Putinin baş redaktorlar və KİV rəhbərləri ilə qapalı görüşünün detallarının paylaşılmasına təəssüf edib.  

“Təəssüf ki, söhbət  iştirakçılarının bir neçəsi  vaxt itirmədən görüşün nəticələrini, sadə dillə desək onun  bir hissəsini həmkarlarımla bölüşüblər.  Buna görə təəssüf edirəm. Mətbuatla görüş hər hansı bir qeyd alıtına alınmamaq şərtiylə  keçirilib-deyə  söyləyib. Məhz belə bir rejim   açıq atmosferdə  bizə aydın olmayan suallara cavab tapmağa imkan verir”.

Onun sözlərinə görə baş redaktorlarala görüş ona görə qapalı şəraitdə keçirilib ki, onların öz fikrilərini sərbəst şəkildə söyləmək və aktual olan sualları müzakirə etmək imkanı olsun.

İnformasiyanın sızdırılması  “ bizim güvən atmosferimizi  zəiflədir”.

“Mən  üzümü bu informasiyanı yayanlara tuturam,  ümid edirəm ki, bu tipli  söhbət rejimləri haqqında anlaşmamıza bundan sonra riayət ediləcək”-deyə Peskov  deyib.

Onun sözlərinə görə söhbət ənənəvi olaraq uzun sürüb. Görüşdə 35 jurnalist iştirk edib. Onların  bir müddət  əvvəl  keçirilən etiraz aksiyalarıyla  bağlı çağırılmadığı da vurğulanıb.

“Bunun  qanunsuz aksiyalarla   heç bir əlaqəsi yixdur. Sadəcə bir ildir  ki,  görüş olmamışdı. Ötən il bu görüş baş tutmamışdı, ona görə müvafiq  məqam axtarırdıq ki, heç olmazsa ənənədən kənar videokonfrans formatında bunu keçirək”-deyə Peskov qeyd edib.  

Görüşün məzmunu haqqında iştirakçılara istinad edərək  “The Bell” yazıb.  “Exo Moskvı”nın baş redaktoru  Putindən icazə alaraq Navalının zəhərlənməsi ilə bağlı verdiyi sual-cavabı paylaşıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir