Putinin “ortalıqda”” görünməməsini yenə “”dərd”” etdilər”


Putinin "ortalıqda" görünməməsini  yenə "dərd" etdilər
Yenə xəstələnibmi, yoxsa…

Putinin xəstələnməsi xəbəri gündəmə gəlib. Ötən il Putinin xəstəliyi haqqında çıxan xəbərlərə PF prezidentinin şən əhval ruhiyyə ilə cavabından və bunun ardınca Krımı Rusiyaya birləşdirməsondən sonra dezinformasiyanı prezidentə bunu arzulayanların yaydığı fikri təsdiqini tapmışdı. Krımın biirləşdirilməsinin ildönümü ərəfəsində yenidən Putinin “görünməz”” olması köhnə xəbərləri yenilənməsinə gətirib çıxarıb. 5 martdan sonra efirdə görüməyən Putin haqqında araşdırmalara başlanıb. Müstəqliiyi ilə seçilən RBK saytı ölkə prezidentinin 6 martdan sonra rəsmi görüşlərini qapalı keçirdiyi və bir neçə gündür ki, görünmədiyini araşdırıb.

6 martdan sonra Putin ictimaiyyət işərisində görünməyib. Hələ də Kremlin saytında Putinin istirahət gününə kimi keçirdiyi keçmiş xəbərlər yer alır. Kreml Putinin sappasag olduğunda israrlıdır.

Axırıncı dəfə Putin jurnalistlər qraşısına 5 martda- İtaliyanın baş naziri Matteo Rentsi ilə görüşdən sonra çıxıb. Bundan sonra dövlət başçısınıın bir ümumi görüşü vardı ki, onu nəinki məmurlar, hamı görə bilərdi. Kremlin rəsmi saytının verdiyi məlumata görə 8 martda Putin bayram münasibətilə övladları müxtəlif sferalarda uğur qazanmış qadınlarla görüşüb, onları təbrik edib. Lakin əslində tədbir 5 martda prezidentin şəxsi operatoru tərəfindən çəkilib. RBK-ya bu haqda o görüşün iştirakçılarından biri xəbər derib. Onun sözlərinə görə ölkə başçısı həmin görüşdə yorğun görünürmüş.

6 martda və sonrakı günlərdə Putin bütün görüşlərini məmurlarla qapalı və medianın iştirakı olmadan keçirib. Kremlin saytının bildirdiyinə əsaslansaq, həmin gün prezident Təhlükəsizlik Şürasının iclasını keçirib, sonra maliyyə və müdafiə nazirləri Anton Siluanov və Sergey Şoyqu ilə söhbət edib, axşam isə Vneşekonimbankın rəhbəri Vladimir Dmitrievlə ikitərəfli görüşdə olub.

Kreml saytı təsdiq edir ki, Putin 10 martda Yamala-Nenetski muxtar dairəsinin qubernatoru Dmitri Kabılkinlə görüşüb. Görüş qapalı keçib. RBK-ya Kremlə yaxın iki nəfər bildirb ki, həmin gün Kabılkin Kremlə gəlməyib. Kabılkinin mətbuat xidmətindən isə bu xəbəri təkzib ediblər.

11 martda prezidentin mətbuat xidməti RF rəhbərinin Karelyanın qubernatoru Aleksandr Xudilaynenlə görüşü haqqında məlumat dərc edib. “”Vesti Kareliya”” internet qəzeti 5 martda prezidentin görüşü barədə xəbər veribmiş. Qubernatora yaxın olan mənbə RBK-ya məlumat verib ki, Xudilaynenlə görüş plana görə martın 4-də olmalıydı. Regionun mətbuat xidməti bu haqda şərh verməkdən boyun qaçırıb.

Prezidentin mətbuat katibi Dmitri Peskov RBK müxbiriylə söhbətində iki qubernator ilə görüşün Kremlin saytında göstərilən vaxtda keçirilidiyini bildirib. Qadınlarla görüşün 8 martda keçirildiyi sualına gəlibncə, onun bayram ərəfəsində oldugunu qeyd edib.

Xudilaynenlə görüş haqqında məlumat Reuters agentliyinin Qazaxıstan hökümətinin 12-13 martda Astanada keçirilməsi planlaşdırılmış görüşün təxirə salınması xəbərindən dərhal sonra dərc olunub. Reuters agentliyinin xəbərində “”Görüş təxirə salındı, deyəsən Putin xəstələnib””-deyə qeyd olunub.

Peskov əvvəl bu xəbəri şərh etməkdən boyun qaçırıb, lakin axşam Bloomberg agentliyinə Putinin tamamilə sağlam olduğunu bəyan eidb.

Putin nə zaman ictimaiyyətə görünəcək bilinmir. Amma 12 martda prezidentin Federla Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları ilə planlaşdırılımış görüşü var. Çətin ki, ölkə lideri ora gedə-deyə federal məmurlardan biri belə deyib.

Ölkə başçısı tərəfindən hazırlanmış görüşlərin təxirə salınması halı çox az təsadüf ediləndir. Bunu Rusiyanın Türkiyə və İsraildəki səlahiyyətli səfiri Petr Steqniy bildirib. Onun sözlərinə görə səfərin vaxtı bir vacib hadisə olanda, şəxsi vəziyyətlə əlaqəli və ya sənədlər tam hazır olmayanda dəyişdirilə bilər. O, bunun siyasi xarakterli olmadığını düşündüyünü söyləyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir