Putinin prezident seçkilərində iştirakının qeydə alınmasından şikayət edənlərin sayı artır


Putinin prezident seçkilərində iştirakının qeydə alınmasından şikayət edənlərin sayı artır
RF Ali məhkəməsi Putinin prezidentliyə namizədliyinin qeydə alınması ilə bağlı üçüncü şikayəti qəbul edib.

Ali Məhkəmədən “İnterfaks””a bildiriblər ki, Vladimir Putinin nazmizəd kimi qeydiyyatının qanunsuz hesab edilməsi ilə əlaqəli üçüncü müraciəti dərc edilib.

“”Nəhkəməyə bu gün inzibati şikayətçilər – Bukin Yevgeniy Aleksandrov, Qluxin Nikolay Sergeyeviç, Makarov Yevgeniy Alekseyeviç, Pomadova Darya Vladimirovna, Simakov Qriqoriy Valeryeviç, Tyulenko Lyudmila Mixailovna tərəfindən tələb daxil olub. Məhkəmə iclasının vaxtı hələ təyin olunmayib-deyə məhkəmədən bildiriblər.

Bu ərəfədə analoji tələblə PF prezidentliyinə nazmizəd Ksenya Sobçak “”Vladimir Vladimiroviç Putinin Rusiya Federasiyasının prezidentliyinə namizədliyinin qeydə alınmasının qanunsuz hesab edilməsi və Mərkəzi Seçki komissiyasının fevralın 6-sı 2018-ci il tarixli qərarının ləğv edilməsi”” ilə bağlı Rusiya Ali Məhkəməsinə müraciət edib. Onun şikayəti ilə əlaqədar məhkəmə iclası fevralın 16-sı saat 10:00 -a təyin edilib.

Sobçak şikayətində göstərir ki, Konstitusiyaya görə Vladimir Putin namizədliyini irəli sürə bilməz, çünki o bu vəzifəni dalbadal iki dəfə daşıyıb.

Bundan sonra RF Ali Məhkəməsinə eyni tələblə Fedorov Sergey Qleboviç müraciət göndərib. Onun inzibati şikayətinə baxılma tarixi hələ müyəyyənləşdirilməyib.

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Nikolay Bulanov bəyan edib ki, hazırda Putinin seçkilərdə iştirakına qadağa yoxdur.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir