Putinin tənqidindən sonra Rusiya dövlət teleşirkəti Bakı Avropa oyunlarını 10 dəfə atıq işıqlandırmağı qərara aldı


Putinin tənqidindən sonra Rusiya dövlət teleşirkəti Bakı Avropa oyunlarını  10 dəfə atıq işıqlandırmağı qərara aldı
Putin də fərq etdi. Azərbaycan paytaxtı Bakıda keçiriləcən və idman hadisəsi olan I Avropa oyunları yaxınlaşsa da Rusiya KİV-də ona yetərincə diqqət ayrılmadığı görünürdü. Ölkə prezidenti buna görə yerli KİV-i tənqid edib. Belə bir tarixi idman hadisəsinin niyə işıqlandırlmasında telekanalalrın maraqsız olduğunu maraq edib.

Bildirək ki, 2015-ci il iynun 12-dən 28-nə kimi Bakıda keçiriləcək I Avropa oyunlarının yayım hüququnu Ümumrusiya Dövlət Teleradio Şirkəti (VQTRK) alıb. Bu haqda Rusiya Olimpiya komitəsinin saytında məlumat verilib.

“Yayım həcmi hər gün 10 saatdan artıq olaraq “”Rossiya-2″” kanalında (birbaşa yayım) və “”Sport 1″”, “”Sport”” və “”Boytsovskiy klub”” (ödənişli TV)”” kanallarının proqram çərçivəsində yayımlanacaq””. Həmçinin Vesti.ru
və Sprortbox.ru internet saytlarında birbaşa translyasiya ediləcək.

Bu ərəfədə- iyunun 2-də prezident Putun bədən tərbiyəsi və idmanın inkişafı şurasının içlasında telekanalların Bakı oyunlarını işıqlandırmağa yetərincə cəhd etmədikərinə görə tənqid etmişdi.

“”Necə ola bilər axı, indi ( Rusiya Olimpiya komitəsinin prezidenti Aleksandr) Jukov mənə yazılı vərəq göndərdi ki, ilk dəfə Bakıda keçirilən I Avropa oyunları-bu dünya idmanında hadisədir-, amma kimsə kütləvi informasiya vasitələrində işıqlandırmaq istəmir, bizim bir kanal belə?””- deyə ölkə başçısı sual edib.

Tarixdə ilk dəfə Avropa oyunları iyunun 12-dən 28-nə kimi Bakıda keçiriləcək. İdman nizamnaməsinə görə bütün Avropa milli Olimpiya komitələrinin idmançıları bu yarışmada iştirak edəcəklər. Tədbirə Putinin də gedəcəyi gözlənilir. Prezidentin mətbuat katibi Dmitri Peskov Rusiya prezidentini Oyunun açılışına dəvət oliunduğunu bildirib.

Lenta.ru saytı Ümumrusiya Dövlət Teleradio şirtətinin (VQTRK) mətbuat xidmətindən redaksiyasına bu gün (4 iyunda) daxil olan məktubun mətnini verib.

Məktibda VQTRK holdinqin tərkibinə daxil olan kanalların Avropa oyunlarını yayımlama cədvəlinin artıq dərc olunduğu bildirilir. Putinin tənqidindən sonra VQTRK tədbirin açılışı və bağlanması da nəzərə alınmaqla, Avropa oyunlarını 275 saat yayımlamağı planlaşdırıb. Bu istənilən digər Avropa telekanallaırndan 10 dəfə çox vaxt ayrılması deməkdir.

O da qeyd edilir ki, Avropa oyunlarının yayım hüququ heç bir biznes strukturunun iştirakı olmadan dövlət teleradioşirkətinin şəxsi vəsaiti hesabına alınıb.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir