Putinin Xodorkovskini əfv edəcəyi beyinləri dumanlandırıb


Putinin  Xodorkovskini əfv edəcəyi beyinləri dumanlandırıb
RF prezidenti Putin dünən sayca 9-cu olan mətbuat konfransında Xodorkovskinin bağışlanmaq üçün ona müraciət etdiyi və yaxın günlərdə belə bir fərman imzalayacağını bəyan etməsi beyinləri dumanlandırıb.

10 ildən artıqdır həbsdə yatan və haqqında daha bir cinayət işinin başladılması gözlənilən anda belə bir bəyanatın səslənməsi müxtəlif suallar doğurub.
Bu bəyanatdan dərhal sonra “YUKOS”-un sabiq başçısı Xodorkovskinin müdafiə tərəfi onun bağışlanmaq üçün müracət etmədiyi xəbərini verdi.
Bununla bağlı KİV-lərdə bir-birindən fərqli versiyalar və fikirlər yayımlanmağa başlandı.

“Xodorkovski gözlənilmədən əfv olunması üçün Putinə iki səbəbdən müraciət edə bilər”- deyə “Kommersant” qəzeti adını gizli saxladığı mənbəyə istinadən onun təzyiq altında belə bir məktub yazdığını xəbər verib.

Qəzetin yazdığına görə güc strukturları nümayəndələri Xodorkovskinin saxlandığı həbsxanaya gələrək onunla məxfi söhbət aparıblr. Sabiq “YUKOS” başçısına hazırkı durumu haqqında iki əsas aspekt göstərilib. Birincisi, anasının vəziyyətinin kəskin pisləşdiyi, ikincisi isə onun haqqında yeni cinayət işi qaldırmaq üçün əllərində yetərincə material olduğu bildirilib.

Xodorkovskiyə bu faktları nəzərdən keçirib düzgün qərar vermək tövsiyyə olunub. Bundan sonra o, bağışlanması üçün müraciət edib.

Qəzet onu da qeyd edir ki, bagışlanma ərizəsi yazmaq avtomatik olaraq hökmün ədalətli olduğunu etiraf etməkdir.Ona görə də Xodorkovski gələcəkdə məhkəmə qərarından şikayət edə bilməyəcək.

Soçi Olimpiyadası ərəfəsində bəzi ölkələrin Rusiyada insan haqlarının pozulduğunu əsas gətirərək iştirakdan imtina etməsinə qarşılıq olaraq Putinin belə bir addım atması da sıralanan versiyalar arasındadır.

Almaniya bundestanqının “Birlik-90”/”yaşıllar” partiyasından olan deputatı Mariluize Bekin – “Aministiya elan olunmasına baxmayaraq, Rusiya hələ hüquqi dövlət olmaqdan çox uzaqdır”- fikri Putinin bu addımının siaysi manipulyasi olduğuna işarə edir.

Xorkovskinin əfv ərizəsi yazması onun siaysi imicini ləkələmir deyə bəzi siaysətçilər bu münasibətdən çıxış edirlər.

Hələliksə, Xodorkovskinin saxlandığı həbsxanaya onun azad olunması haqqında sənədlərin daxil olmadığı da qeyd edilir.

Tünzalə
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir