Putinlə Ərdoğan arasında 6 saatdan artıq davam edən görüş başa çatdı


Putinlə  Ərdoğan arasında 6 saatdan artıq davam edən görüş başa çatdı
Rusiya prezidenti Vladimir Putinin Soçidəki rezidentsiyasında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşü başa çatıb. Görüş altı saatadan artıq çəkib.

Görüşün əvvəlində Putin Suriyadakı vəziyyətin gərginliyi fonunda Ərdoğanla məsləhətləşmənin vacibliyini vurğulayıb.

Rusiya lideri ona ümid etdiyini bildirib ki, “son zamanlarda Rusiya ilə Türkiyə arasında əldə olunan münasibətlərinin səviyyəsi bu gün bölgədə yaranan bütün mürəkkəb məsələlərin həllində böyük rol oynayır və bu həm Türkiyənin, həm Rusiyanın, həm də bölgənin bütün ölkələrinin maraqlarına uyğun olaraq ən çətin suallara cavab tapmağa yardım edəcək “”.

Ərdoğan da inamla qeyd edib ki, Soçi görüşü kəskinləşmiş vəziyyətin xeyrinə olacaq.

“”Bugünkü görüş bizə hazırkı vəziyyəti geniş müzakirə etməyə imkan verir və şübhəsiz sülhün təmin olunmasını təmin edəcək””.

Bundan bir müddət əvvəl RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, bu danışıqlarda “”Rusiya Suriyanın şimal-şərqindəki vəziyyəti müzakirə etməyi, baş verənləri tam aydınlığı ilə başa düşməyi, Tükiyənin planları haqqında məlumat almağı və Suriyada siyasi proseslərin ümumi həlli planındakı irəliləyişləri razılaşdırmaq istəyir. O danışıqların heç də asan olmayacağını da söyləyib.

Rusiya prezdentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov bazar ertəsi bildirmişdi ki, ilin əvvəlindən iki lider arasında baş tutan səkkizinci əyanı görüşdür. Onun sözlərinə görə görüşdə Suriyanın şimalında Türk ordusunun keçirdiyi hərbi əməliyyat konteksində vəziyyət müzakirə olunacaq.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir