QƏLƏBƏnin yubileyinə bir ay qalır: Rusiyanın dəvətini kimıər qəbul edib


QƏLƏBƏnin yubileyinə bir ay qalır: Rusiyanın dəvətini kimıər qəbul edib
QƏLƏBƏ gününə düz bir ay qalır. 9 Mayda Moskvada Qızıl meydanda keçiriləcək 70 illik yubiley nümayişi bu bayramın tarixində keçirilən ən böyük və genişmiqyaslı olması gözlənilir və bununla yanaşı bir çox məqamları gizli saxlanılır.

Alman faşizmi üzərində qələbənin 70 illik yubileyinə Rusiya bir çox ölkələrdən qonaqlar dəvət edib. 68 xarici ölkə liderlərinə, həmçinin UNESKO, BMT, AŞ-nın rəhbərlərinə dəvətnamələr göndərilib. Hələlik 25 ölkə lideri bu dəvəti qəbul edib.

Dünyanın siyasi vəziyyəti, Rusiya ətrafında baş verən sanksiyalar və ultimatumlar prezidentlər, baş nazirlər və kanslerləri ayırıb, bir çoxları 9 Mayda Moskvanı ziyarət etməyə tərəddüd edirlər. Bəziləri açıq şəkildə Qələbə paradında iştirak etməyə gələrlərsə bunu Qərbin və ABŞ-ın necə qarşılayacağından narahat olurlar. Qərb və ABŞ Ukraynadakı vəziyyətə görə Qələbə bayramını baykot etməyə çaığırırlar.

Çexiya prezidenti Miloş Zeman 9 Mayda Moskvaya gələcəyi üçün, onun bu hərəkətini tənqid edən ABŞ-ın səfiri ilə münaqişə edib. Zeman bəyan edib ki, mən təsəvvür edə bilmirəm, Çexiyanın Vaşinqtondakı səfiri Amerika prezidentinə hara gedib-getməyəcəyi haqqında məsləhət versin. Çexiya prezidentinin sözlərinə görə onun qərargahının qapısı Amerikanın səfirin üçün bağılıdır.

Prezident administarasiyasının rəhbəri Sergey İvanovun verdiyi məlumata görə 25 ölkə liderii və bir neçə beynəlxalq təşkilat Qızıl Meydanda keçiriləcək paradda iştirak edəcəklərini təsdiq ediblər.

Bayram zamanı rəsmi görüşlərin olacağı da istisna olunmur. Bununla əlaqədar bəzi ölkə liderləri bir gün əvvəl Moskvaya gələcəklər. 8 mayda Rusiya paytaxtında MDB ölkə başçılarının qeyri-formal görüşü gözlənilir. İlk gələnlər sırasına Belorusiya və Qazağıstan prezidentləri daxildir. Həmçinin Azərbaycan, Ermənistan və Qırğızıstan prezidentlərinin də gələcəyi bildirilir.

Rusiyanın dəvətinə cavab verməyə tələsən ölkələr içərisində Hindistan, CAR, Vyetnam, Monqolustan prezidentləri və Kuba, Çİnin ölkə başçıları, Yunanıstann baş naziri, Kipr prezidenti var.

Qələbə paradında iştirak etməyə Moskvaya ilk dəfə olaraq Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In gələcək. Cənubi Koreya prezidenti Pak Kın Xenin gəlib-gəlməyəcəyi isə sual altındadır.

Gəlməyənlər və bitərəf olanlar

Səfərdən Gürcüstan, Polşa, Litva, Latviya, Estoniya, İsrail prezidentləri imtina ediblər. O cümlədən İsveçin baş naziri Stefan Leven dəvəti qəbul etməyib. İşveç baş nazirinin yetkilisi II Dünya Müharibəsində həlak olanları dərin hörmətlə yad etdiyini bildirdiklərini söyləyib. Lakin Rusiyanın Ukraynaya siyasi münasibətini nəzərə alsaq, İsveç hökümətinin üzvləri üçün Moskva paradında iştirak etmək çətin olar. Eyni səbəbdən Norveç də bayram yubileyinə qatılmayacaq.

Amerika lideri Barak Obama da 9 Mayda Moskvaya gəlməyəcək. O bunu iş qrafikinin gərgin olduğu ilə bağlayıb. Lakin dövlət departamenti 9 Mayda Amerikanı təmsil edəcək nümayəndənin olacağını istisna etmir.

Böyük Britaniya baş nazirliyindən Devid Kemeronun da Moskvaya gəlməyəcəyini bəyan ediblər.

Fransa prezidenti Fransua Olland və Yaponiyanın baş naziri Sindzo Abe bu məsələ ilə bağlı hələlik son cavablarını verməyiblər. Macarıstanın prezidenti də dəvətin cavabını ləngidir. Onun idarəsindən heç bir xəbər yoxdur.

Almaniyanın kansleri Angela Merkel isə Moskvaya may ayının 10-da gələcək.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir