QADIN ELƏ SEVILMƏLIDIR KI…


QADIN ELƏ SEVILMƏLIDIR KI...
Bir kitabı yaxşı oxumasan geriyə vərəqlərkən əvvəlki qədər anlaya, mənasını tuta bilməzsən… həzz ala bilməzsən.
İnsan da bir kitabdır.
Onunla yaşadığın ömrü sevə-sevə, diqqətlə yaşamasan, mənasını itirər hər şey.
Dəyərlər də dəyərsiz olar…

Qadın ən qiymətli bir dəyərdir.
Onu sevmək, qorumaq, anlamaq lazımdır.
Çox şey istəməz əslində, diqqət nə nəvaziş istər.
Qayğı istər, məhəbbət istər!
Bunları görəndə parlar…, görməyəndə isə solar… bir gül kimi…

Qadın elə sevilməlidir ki, o bu sevginin qanadlarında pərvanətək uça bilsin.
Qadın elə sevilməlidir ki, bu sevgini yalnız hiss etməklə bitməsin – həm də xoşbəxt olsun.
Qadın elə sevilməlidir ki, məkan və zamnın fərqi olmasın.
Qadın elə sevilməlidir ki, arxlana və inana bilsin.
Qadın elə sevilməlidir ki, bu sevgiyə sığınıb rahat ola bilsin.
Qadın elə sevilməlidir ki, milyon kişinin icində belə gözü ancaq onu görsün.
Qadın elə sevilməlidir ki, milyon qadının içində yeganə olduğunu bilsin.
Qadın elə sevilməlidir ki, üstündən 20 il keçsə belə əvvəlkii kimi sevsin və sevilsin.
Qadın elə sevilməlidir ki, heç nəyə peşman olmasın.
Qadın elə sevilməlidir ki, məni burax – demək istəməsin.
Qadın elə sevilməlidir ki, bu sevgiyə heç kim əngəl ola bilməsin.

Və nəhayət qadın elə sevilməlidir ki, arada O adlı üçüncü heç kim olmasın!
Sevdiyi insan – yalnız Sən və Mən – desin və sevgisini ona isbat etsin!


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir