Qalatasaray 3-2 Real Madrid


Qalatasaray 3-2 Real Madrid
Çempionlar Liqasının 4/1 finalında Madridin “Real” komandasına 3:0 uduzan “Qalatasaray” cavab görüşündə 3:2 hesabı ilə məğlubiyyətin əvəzini çıxdı.

Fateh Terimin komandası bu hesabla Çempionlar Liqasına vida etsə də, Şükrü Saracoğlu meydanında xarakter ortaya qoyaraq azarkeşlərinin alqışını qazandı.

Oyunun 7-ci dəqiqəsində Ronaldonun atdığı qolla 1:0 uduzan “Qalatasaray” ikinci hissədə oyunun gedişatında dönüş yaradaraq 3 qola imza atdı. 57-ci dəqiqədə Eboue-nin atdığı qolla hesab 1:1, 71-ci dəqiqədə Sneijderin qolu 2:1,72-ci dəqiqədə Droqbanın qolu isə hesabı 3:1-ə çıxartdı.

Oyuna əlavə edilmiş 3 dəqiqənin 2-ci dəqiqəsində isə Ronaldo dubl edərək hesab arasında fərqi azaltdı. Beləliklə “Real” Mardrid 2/1 finala vəsiqə qazandı.

Məhəmməd Məmmədov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir