“Qalatasaray” səfərdə “Braqa” komandasını məğlub etdi


“Qalatasaray” səfərdə “Braqa” komandasını məğlub etdi
“Cim-bom” oktyabrın 3-də İstanbuldakı məğlubiyyətin əvəzini cıxdı.

Çempionlar Liqasınının 6-cı turunda Türkiyənin “Qalatasaray” klubu Portuqaliyanın “Braqa” komandasının qonagı olub. İstanbuldakı oyunda “Qalatasaray” komandasnın 0:2 hesabı ilə udan “Braqa” bu dəfə öz meydançasında uduzub.

Oyunun birinici hissəsinin 32-ci dəqiqəsində “Braqa” komandasının oyunçusu Mossoro hesabı açıb. Ev sahibi fasiləyə 1:0 hesabı ilə yollanıb.

Fasilədən sonra ikinci hissədə təşəbbüsü ələ alan qonaq “Qalatasaray” komandası 58-ci dəqiqədə Yılmazın vurduğu qolla hesabı bərabərləşdirib. Oyunun 79-cu dəqiqəsində Yılmazın dublu komandanı hesabda önə çıxarıb. Beləliklə “Qalatasaray” 1:2 hesabı ilə Portuqaliyanın “Braqa” komandasını öz meydanında məğlub edərək hesabına 3 xal yazdırıb.

Məhəmməd Məmmədov
/Yenises.ru /


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir