Qalmaqallı fimlə görə Youtube Rusiyada noyabrın 1-dən bağlana bilər


Qalmaqallı fimlə görə  Youtube Rusiyada noyabrın 1-dən bağlana bilər
Rabitə və kütləvi kommunikasiya naziri Nikolay Nikiforov Twitter-dəki mikroblokunda Rusiyada “Müsəlman günahsızlığı” filminə görə Youtube.com saytına girişin noyabrın 1-dən bağlana biləcəyini bildirib.
“Zarafat öz yerində, amma bu videoçarxa görə 3-5 noyabrda Rusiyada Youtube-a giriş tamam əngəllənə bilər”- deyə Nikoforov yazıb.

Bu ərəfədə Rusiya Baş Prokurorluğu da adıçəkilən filmin ekstremizm ruhlu olduğunun tanınması tələbi ilə çıxış edib. Bununla yanaşı Ruisya rabitə və kommunikasiya texnikasına nəzarət şurası da internet istifadəçilərinin “Müsəlman günahsızlığı” filminə baxmasına yasaq qoyulması tövsiyyəsi ilə çıxış etmişdi.

“İnetfaks” agentliyi xəbər verir ki, əgər Ruisya məhkəməsi bu filmi ekstremist yönlü sayarsa, Youtube və Google filmi siləcək. Bundan əvvəl də korporasiya məhkəmənin qərarı ilə konkret ölkələrdə filmə baxış üçün girişi əngəlləməyə hazır olduğunu söyləmişdi.

Bu səbəbdən artıq Hindistanda videoçarxa baxmaq məhdudlaşdırılıb, Misir və Liviya istifadəçiləri üçün isə tamamilə əngəllənib. Pakistan qalmaqallı filmlə bağlı Google saytını bağlamayıb, lakin baş nazir Raca Perviz Əşrəf yerli internet təminatçılarına pakistanlılar üçün Youtube-u girişi bağlamağı tapşırıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir