Qanunu pozan azarkeşlərə 15 min rubl cərimə, 160 saat iş, 7 il qadağa cəzası gəlir


Qanunu pozan azarkeşlərə 15 min rubl cərimə, 160 saat iş, 7 il qadağa cəzası gəlir
Federasiya şurası azarkeşlər haqqında qanunu təsdiq edib. Qanuna görə qaydanı pozan azarkeşi 15 min rubl cərimə, 160 saat məcburi əməyə cəlb etmə və 7 il meydanda futbola baxmağa qadağan cəzaları gözləyir.

Federasiya şurası qaydanı pozan azarkeşə 15 min rubl məbləgində cərimə tələb edən qanunu qəbul edib. Cəzanın yeni formasına görə xüsusi zərərli azarkeşlərin 7 il futbola gəlməsi də yasaqlanır.
Rəsmi idman yarışında qaydanı pozan azarkeşlər 10 min rubl məbləğində cərimə oluna bilər. Qanunda onları 160 saat məcburi əməyə cəlb etmək və yarım ildən 3 ilə kimi meydanda futbol izləməsini qadağan etmək cəzası da nzərədə tutulub.

Əgər qanunu pozan azarkeş bunu yenidən təkrar edərsə, oyunun pozulmasına və ya dayandırılmasına səbəb olarsa bu zaman cərimə 15 min ribl təşkil edəcək. Bundan başqa ona meydandan futbol izləməyə 6 aydan 7 ilə kimi icazə verilməyəcək. Qərarı məhkəmə verəcək. Bu qadağanı pozmağa görə isə azarkeş 25 min rubl cərimə və ya 15 sutka həbs oluna bilər.

Qaydanı pozan azarkeşlərin “Qara siyahı”sını ümumrusiya idman federasiyası və Dxili İşlər nazirliyi tərtib edəcək. Qanun idman obyektlərinin sahiblərindən fanatlarla qaydanı pozanları ayrıd etmək və ikinciləri meydana buraxmamaq üçün videomüşahidə sistemi quraşdırılmasını da tələb edir. Yarışın təhlüləsizlik tədbirlərinin pozulmasına görə məsuliyyət təşkilatçıların və idman meydançası sahiblərinin üzərinə düşür. Onlar üçün cərimənin həddi 300 min rubldan başlayaraq, insana xəsarət yetirilər və ya əmlaka zərər dəyərsə o halda bu məbləğ yarım milyon rubla qədər hesablanır. Həmçinin onlar fəaliyyətlərinin dayandırılması və ya 90 sutka həbs cəzası təhlükəsi ilə də üz-üzə qala bilərlər. Bu üzdən təhlükəsizlik tədbirlərini genişləndirmək üçün nəzarətçi-idarəçilər cəlb edə bilərlər. Azarkeşlərin davranış qaydası RF höküməti tərəfindən tənzimlənir. Hansı oyunlara pasportla bilet satılmasına yalnız hökümət qərar verə bilər.

Qanun rəsmi şəkildə dərc olunduqdan yarım il sonra qüvvəyə minəcək.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir