“Qaraçı”” filminin Budulayı, “”Tütək səsi””nin Cəbrayılı vəfat etdi”


"Qaraçı" filminin Budulayı, "Tütək səsi"nin Cəbrayılı vəfat etdi
“Qaraçı”” filminin məhşur Budulayı SSRİ-nin Xalq artisti, moldovalı aktyor Mixay Volontir 82 yaşında vəfat edib. Bu barədə Sputnik Moldova agentliyi məlumat verib.

Xalq artistinin həyat yoldaşı Yefrosinya Dobınde-Volontirin milyonların sevimlisi olan aktyorun ölümünə səbəb uzun sürən xəstəliyin olduğunu deyib.

Son iki ay yarım ərzində Moxay Volontir doğma Beltsı şəhəri xəstəxanasında, sonra isə Kişinyov Respublika klinik xəstəxanasında mütəmadi müayinə olunurmuş.

Həkimlər onun xəstəliyinin yaşla bağlı daha da kəskinləşdiyini bildiriblər.

Mixay Volontir kinoseverlərin yaddaşında daha çox “”Qaraçı”” və “”Budulayın qayıdışı”” serialında canlandırdığı Budulay obrazı ilə qalıb. Aktyor adıçəkilən seriala qədər də bir şox filmlərdə baş rolları oynayıb.

Azərbaycan tamaşaçılarına isə İsa Hüseynovun ssenarisi əsasında rejissor Rasim Ocağovun çəkdiyi “”Tütək səsi”” filimindən oynadığı Cəbrayıl rolu ilə tanışdır. Onu da qeyd edək ki, o filmdə kolxoz sədri Cəbrayılı oynayan Mixay Volontirin rolunu mərhum aktyorumuz Şahmar Ələkbərov səsləndirib.

Tünzalə
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir