Qazağıstanlını anasına söydüyünə görə həbs etdilər


Qazağıstanlını  anasına söydüyünə görə  həbs etdilər
Qazağıstanın Pavlodarsk vilayətinin Maykain qəsəbəsində qadına anasına söydüyü üçün 7 sutka həbs cəzası veriblər. Bu haqda Qazağıstan mediası vilayət məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat verib.

36 yaşlı qadın “ Ailə-məişət zəminində qanunazidd hərəkət ” maddəsi ilə inzibati qanunpozmaya görə günahkar bilinib.

Inzibati işin materialında göstərildiyi kimi bu ilin oktyabrında ittiham olunan anasının evinə gələrək dava salıb və kobud sözlərlə onu təhqir edib. Bununla o ailə-məişət zəminində ona yaxın olan insanların rahatlığını pozub.

Qazağıstan Inzibati qanunpozmalar kodeksinə edilən dəyişikliklərə görə ailə-məişət zəminində qanunazidd hərəkətlərə görə cavabdehlik daşımasnı müəyyən edən qanun 2008-ci ildə qüvvəyə minib. Bu maddəyə söyüş, təhqiretmə, ev əşyalarını qırma, dağıtma, ailədə yaşayanların rahatlığını pozmaq daxildir.

Qanuna görə bu işin cavabdehləri ailənin xuliqan üzvləridir. 2012-ci ilin yazında Qazağıstan parlamentinə ailədə təcavüzə görə “evdən qovma” cəza ölçüsünün tətbiq edilməsini təklif edən qanun layihəsi təqdi edilmişdi.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir