Qazaxıstan sərhədçisi Vladislav Çelax “Mən öldürmədim”-deyib


Qazaxıstan  sərhədçisi Vladislav Çelax  “Mən öldürmədim”-deyib
Qazaxıstanda 14 sərhədçi və bir nəzarətçinin ölümü ilə nəticələnən olayda bir müddət əvvəl süçü boynuna alan Vladislav Çelax anası ilə görüşdə “Ana, mən bunu eləmədim”-deyib. Bu məlumatı Qazaxıstanın “Vremya ” qəzeti yazıb.

V.Çelaxın anası Svetlana Vaşenkonun sözlərinə görə, ona oğlu ilə görüşə videoçəkilişə razı olması ilə bağlı kağız imzalatdıqdan sonra icazə veriblər. Əks halda oğlu ilə görüşə izin verilməyəcəkdi.

“Məni kiçik bir oatağa çağırdılar. Arxamca əlində videokamera olan bir neçə adam da otağa soxuldu. Onlar icazə verilən 5 dəqiqəlik görüşün hamısını videolentə aldılar ki, Vlad artıq bir söz deməsin. Mən ağlayaıb oğlüma yaxınlaşdım, o məni qucaqlayıb piçilti ilə qulağıma dedi: “Ana, bunu mən etmədim””- deyə hərbçinin anası Svetlana Vaşenko bildirib.

Qadın onu da əlavə edib ki, oğlunun yanağında göyərti izi vardı.

Mayın sonunda Qazaxıstanın “Arkankerqen” hərbi məntəqəsində yay vaxtlarında 15 sərhədçinin xidmət etdiyi zastavada 14 əsgərin və bir gözətçinin cəsədlərinin yanmış qalıqları aşkar edilmişdi. Bir neçə gün sonra sağ qalan 15-ci sərhədçi -Valdislav Çelax saxlanmışdı. Istintaqın gəldiyi qənaətə görə o, əsgər yoldaşlarını öldürmüş və sonra zastavaya od vurmuşdu.

Bir müddət əvvəl Astanada keçirilən brifinqdə Baş Prokurorluğun rəsmi nümayəndəsi Hurdaulet Suindikov bəyan etmişdi ki, saxlanılan sərhədçi öz hərbiçi yoldaşlarını öldürməsini etiraf edib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir