Qazaxıstanda narkoman köməyə gələn təcili yardımın avtomobilini qaçırıb


Qazaxıstanda narkoman axşam saatlarında təcili yardım daxil olmaqla 4 avtomobili oğurlayıb. Polislər maşın oğrusunu yaxalaya bilib.

Hadisə Alma-Atada baş verib. Nrkotikin təsir alıtında olan həmin şəxs BMW markalı avtomobili qaçıraraq Audi markalı avtomobilə çırpılıb. Daha sonra avtomobili ilə Esik şəhərinə gedib və orada qarşıdan gələn zolağa çıxıb və Toyota ilə növbəti dəfə qəza törədib.

Qəza törədən şəxs hadisə yerindən qaçıb və bir müddət sonra “Nissan” markalı avtomobili qaçırıb və idarəetməni itirərək aşıb. Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri yaralı sürücüyə kömək etməyə çalışsalar da, bu dəfə həkim briqadasının avtomobilini qaçırıb və yenidən Alma-Ataya aparıb.


Maşın qaçırdan narkomanı saxlamaq üçün polislər təcili yardımı təqib etməli olublar.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir