Qazaxıstanda valyutadəyişmə məntəqələri bağlandı


Qazaxıstanda valyutadəyişmə məntəqələri bağlandı
Qazaxıstanda doların sürətlə yüksəişi fonunda dollara tələbat artdığından valyutadəyşmə məntəqələri baglanıb. Yerli KİV-in verdiyi məlumata görə bu gün Alma-Atada sadəcə bir valyutadəyişmə mətnəqəsi açıq olub. Orada ucuzlaşmış qazax təngəsini dəyişmək üçün növbəyə dürüblar. Getdikcə insan sırasını artdığından yeganə fəaliyyət gösətən məntəqədən də dollar və avronun bitdiyini söyləyiblər. İnsanlar təngədən qurtulmaq üçün rus rublu alırlar.

İnterfax agentliyinin verdiyi məlumata görə bankların internet saytları işləmir. Texnika satışı ilə məşğul olan internet mağazalarının və bir neçə ticarət evlərinin də saytları bağlıdır.

Qazaxıstanın Tengrinews mətbu orqanı internet mağazalarının saytlarnın bağlanmasının malların qiymətinin dolların kursuna uyğunlaşdıraraq dəyişdirilməsi ilə əlaqədar olduğunu bildirir.

Astanada da eyni situasiya müşahidə olunur. Astana sakinləri amerika valyutası ala bilmirlər. Bir neçə valyutadəyişmə məntəqəsi əhalinin gözü qarşısında tablodakı kurs qiymətlərini dəyişib, 225 təngə/dollar asıblar. Hətta bəzi yerlərdə bir neçə məntəqə açıldıqdan sonra texniki fasilə ilə əlaqədar tezcə bağlanıb.

Qazaxıstanın böyük şəhərlərindən biri olan Akauda da nə dllar, nə avro, nə də rubl satılır.

Tengrinewsun yazdığına görə həftənin dördüncü günü Qazaxıstanın kommersiya bankları və valyutadəyişmə məntəqələrində dollar 259 təngəyə qalxıb. (Bu həftənin üçüncü gününə olan satış qiymətindən 60 təngə bahadır).

Qazaxıstan valyutadəyişmə kursunu sərbəst axına buraxıb. Bu sərbəstlik hara kimi yol alacağı hələ ki, bilinməzə dayanıb…

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir