Qazaxıstandakı sərhəddə baş verən qətldə təqsirləndirən Çelax danışdı


Qazaxıstandakı sərhəddə baş verən qətldə  təqsirləndirən Çelax danışdı

Mayın 28-də Qazaxıstanla Çin sərhəddindəki zastavada 14 sərhədçinin və bi egerin ölümü ilə nəticələnən qətli sag qalan sərhədçi Vladislav Şelaxın törətdiyi bildirlmişdi. Şelax əvvəl istintaqa zastavaya basqın olduğu və özünün təsadüf nəticəsində sağ qaldığını bildirsədə də sonra hadisəni özü tötətdiyini etiraf etmişdi.
Çelaxın vəkili Tulegen Berlikojanovun “İnterfaks” agentliyine verdiyi açıqlamada sərhəd zastavasında qətli və yanğını Çelaxın törətmədiyini və zastavaya hücum edildiyini söylədiyini deyib.

Vəkil onu da qeyd edib ki, Çelaxın ilkin istintaqa verdiyi igadəsini dəyişməyə qanuni hüquqi var. Çelax vəkilinə ikinci ifadəni hüqüq müdafiəçilərinin təsiri ilə verdiyini də açıqlayıb. “Onlar etiraf etsən ömürlük həbsdən canını qurtarıb, 15 ilə qədər cəza ala bilərsən deyib, məni bu cinayəti boynuma götürməyə təhrik etdilər”-deyə söyləyib Çelax.

Onu da qeyd edək ki, “Çelaxın suçu boynuna aldı ” rəsmi açıqlaması mətbuatda kəskin etirazla qarşılaşmış, hətta yerli televiziya jurnalistlərindən biri bu yalan xəbəri efirdən oxumaqdan imtina etmişdi.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir