“Qazprom”” “”Türk axını””na qarşı olanları hədələdi”


"Qazprom" "Türk axını"na qarşı olanları hədələdi
Qazprom “Cənub”” və “”Türk axını”” qaz kəmərinin tikintisi əlehinə olan, bu xəttin Ukraynada keçməsinə çalışanları qaz verməməklə hədələdi. Bu bəyanatla qaz monopolyasının sədri Aleksey Miller çıxış edib. O, əlavə edib ki, “”Cənub axını”” layihəsi bağlandı, sadəcə Ukrayna tranziti məsələsində status-kvonu saxlamaq məqsədi qalır.

Miller onu da qeyd edib ki, Rusiya əvvəlcə “”Türk axını”” kəmərini tikməyə hazırdır, bundan sonra onun infrastrukturunun tikintisini gözləmək lazımdır. “”Qazprom””u məcbur edərlərsə, bu ona “”fasilə götürmək”” imkanı verəcək.

Enerji naziri Aleksandr Novak bildirib ki, Rusiya qazın Ukraynadan keçməsi üçün olan müqaviləni 2019-cu ildən sonra uzatmaq istəmir. Onun sözlərinə görə bütün qüvvə türk istiqamətindəki infrastrukturun tikilməsinə yönəldiləcək.

Xatırladaq ki, Putin 2014-cü ilin sonunda Türkiyəyə rəsmi səfəri zamanı “Qazprom”un “Cənub axını” layihəsindən imtina etməsi xəbərini açıqlamışdı. O zaman iki ölkə prezidentinin görüşü çərçivəsində Moskva və Ankara arasında ildə 63 milyard kubmetr gücündə olacaq keçid qaz kəmərinin çəkilməsi ilə bağlı müqavilə imzalamışdı.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir