“Qazprom” Türkiyəyə qaz idxalı ilə bağlı 30 illik müqavilə bağladı


“Qazprom”  Türkiyəyə  qaz idxalı  ilə bağlı 30 illik müqavilə bağladı
“Botas”” şirkətinin almaqdan imtina etdiyi qaz Türkiyənin dörd xüsusi şirkətləri arasında paylaşdırıldı.

“Qazprom” qazın veriməsi ilə bağlı Türkiyənin xüsusi şirkətləriylə razılaşma imzalayıb. Reuters agentliyinin verdiyi məlumata görə Türkiyənin “Akfel”, “Bosforus” və “Kibar” şirkətləri yerli tənzimləyicidən 30 illiyinə, Batı Hattı isə 23 illiyinə qazın nəqli üçün razılıq alıb.

Bu ilin avqustunda məlum oldu ki, 2011-ci ildə dövlət Botas şirkətinin imtina etdiyi 6 milyard kubmetr qazı xüsusi şirkətlər alacaq.
Türkiyə şirkətlərinə verilən qaz Ukraina, Moldaviya, Rumıniya və Bolqarıstan qaz borusu ilə daşınacaq.
Türkiyənin “Bosforus” şirkətinə “Qazprom”un özü Almaniyadakı köməkçi çirkəti vasitəsilə nəzarət edir. Qalan üç alıcı şirkət isə müstəqil struktur sayılır. “Akfel Qrup” Türkiyənin böyük qaz istehsalı şirkətlərindən sayılır və bazarın 8 faizini tutur.

Enerji bazarına işləməyən “Kibar” şirkəti metallurgiya, tikinti və məişət mallarının daşınması ilə məşğul olub. Bu ilin sentyabrında isə “Akfel”in Rusiyadan 2,25 milyard kubmetr, “Bosfors”un 1,75 milyard kubmetr, “Batı Hattı” və “Kibar”ın isə hər biri 1 milyard kubmetr olmaqla qaz idxal edəcəyi məlum olmuşdu.

“Botas” şirkətinin Rusiyadan qaz daşınması həcmini azaltdığına görə “Qazprom”un bu ölkəyə ixraacatında çətinlik yaranmışdı. 2011-c ildə “Qazprom” Türkiyəyə 26 milyard kubmetr qaz ixrac etmişdi, 2010-cu ildə bu həcm 18 milyard kubmetrdi. Satış iki istiqamətdə həyata keçirilirdı: “Qərb marşrutu” (Transbalkan qaz kəməri) və Rusiyadan birbaşa -“Qoluboy potok”la ( Qara Dəniz yolu ilə). 2011-ci ildə Türkiyə məhz Qərb marşrutu ilə qaz almaqdan imtina edib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir