Qırğızıstan prezidenti Rusiyanın hərbi bazasını çıxarmağa hazırlaşır


Qırğızıstan prezidenti Rusiyanın hərbi bazasını  çıxarmağa hazırlaşırQırğızıstan prezidenti Almazbey Atambayev bəyan edib ki, Rusiya hərbi bazası respublikadan çıxmalıdır. Bu haqda RİA Novosti məlumat verib.

“Hesab edirəm ki, biz Qansı bazasında doğru elədik. (ABŞ-ın Qırğızıstan paytaxtında olan beynəlxalq avia bazası Atambayevin qərarı ilə ölkədən çıxarılmışdı-red.) Kininsə bu xoşuna gəlir, ya yox. Beş il keçdi və zaman göstərdi ki, bu doğru qərar idi. Qırğızıstan gələcəkdə yalnız öz gücünə istinad eləməlidir. Bu Rusiya bazasına da aiddir “”- Atambayev deyib.

Prezident qeyd edib ki, baza müqavilənin müddəti bitəndən sonra Qırğızıstan ərazisini tərk etməlidir.

“”Əlbəttə ki, bu kiminsə xoşuna gəlməyə bilər, amma mən bu fikrimi Rusiya prezidenti Valdimir Putinə çatdıra bildim və o məni başa düşdü””-deyə Atambayev vurğulayıb.

Qırğızıstan ərazisində Kollektiv Təhlüksizlik Müqaviləsi Təşkilatının cəld reaskiya vermə kollektiv qüvvələrindən ibarət Rusiya hərbi aviabazsı Kant şəhərində, hərbi dəniz yoxlama bazası Karakol şəhərində, rabitə mərkəzi Çaldovar qəsəbəsində və muxtar seysmik məntəqəsi isə Mayluu-Suu şəhərində yerləşdirilib.

2012-ci ildə Putin Qırğızıstanın 489 milyon dollar borcunu silərək, bunun müqabilində ölkədə rus hərbi bazasının yerləşdirilməsinə razılıq aldı. Qırğızıstanda Rusiya hərbi bazasının yerləşdirilməsi razılaşması 2017-ci ildən hərəkətə keçəcək. O, 15 il müddətinə hesablanıb və beş il də uzadılması nəzərdə tutulur.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir