Qırğızıstan prezidenti Türkiyədə xəstəxanada, yoxsa Çeşmədə ?


Qırğızıstan prezidenti Türkiyədə xəstəxanada, yoxsa Çeşmədə ?

Qırğızıstan prezidenti Almazbek Atambayev Türkiyədə Egey dənizi sahillərində yerləşən xəstəxanaların birinə aparılıb. Bu haqda Türkiyənin Sözçü qəzeti xəbər verib. Türk mıtbuatının digər bir xəbərində isə -Haberler.com-un məlumatında Atambayevin xəstəxanada olmadığı bildirilir.

Qırğızıstan prezidenti ürəyində problem olduğu üçün bazar ertəsi-sentyabrın 19-da BMT-nin Baş Assembleyasının 71-ci sessiyasında iştirak etmək üçün Nyu-York səfərini təxirə salıb.

Sonradan məlm olub ki, Atambayev səhhətində yaranmış problemlə bağlı tibbi müayindən keçmək üçün oktyabrın1-nə kimi qisamüddətli məzuniyyət götürüb.

Türk mətbuatının məlumatında o da bildirilir ki, Nyu-York səfərini təxirə salan prezidentin təyyarəsi İstanbul aeroportunda yerə enib və döş qəfəsindəki ağrıdan şikayətlənən Atambayev oradan birbaşa təcili-tibbi xidmət maşını ilə xəstəxayaya aparılıb.

Haberler.com portalının yazdığına görə isə Atambayev xəstəxanada deyil, Türkiyənin qərbində yerləşən Çeşmə şəhərindəki Sheraton oetlindədir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir