Qırğızıstan Tacikistan sərhddində hərbi hissələr arasında atışta


Qırğızıstan tərəfinin bildirdiyinə görə münaqişə bilərəkdən başladılıb.

Cümə axşamı Qırğızıstan və Tacikistan sərhədində  iki ölkənin  hərbçiləri arasında silahlı qarşıdurma  baş verib.  Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətindən məlumat verilib.

“Batken vilayətinin (Qırğızıstan) Golovnaya Batken bölgəsində vəziyyət daha da pisləşdi. Tacikistan tərəfi dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində qəsdən münaqişə yaradıb və vəziyyəti daha da gərginləşdirməyə davam edir.  Tərəflərin hərbi hissələri arasında atışma başlayıbş  İlkin məlumatlara görə, Tacikistan tərəf minaatan heyətinin mövqelərini müəyyənləşdirir “, – məlumatda deyilir.

Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə Tacikistanla sərhəddə baş verən münaqişə zamanı yaralanan Qırğızıstan vətəndaşlarının sayı 20 nəfərdən çoxdur. “Hal-hazırda Batken vilayətinin regional xəstəxanasına yeddi yaralı daxil olub, ikisinin vəziyyəti ağırdır .

 Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, mülki şəxslər evakuasiya edilib  və daha 15 yaralının gətirilməsi  gözlənilir ” deyə bildirilir.

İki dövlətin sərhədində – Tacikistanın  və  eyni zamanda Qırğızıstanın  öz ərazisi hesab etdiyi  Golovnoy su paylama məntəqəsi ərazisində yerli sakinlər arasında qarşıdurma yaranıb.  Qırğızıstan Sərhəd Xidmətinin məlumatına görə, vəziyyət daha da pisləşib və hazırda “gərgindir”. Qırğızıstanda bu faktla bağlı məhkəməyə qədər istintaq başladılıb. Respublika Tacikistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrini və sərhədçilərini su nabarını  zəbt etmək  üçün minaatan və pulemyotlardan istifadə etməkdə günahlandırır.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir