Qırğızıstan və Özbəkistan sərhədçiləri arasında atışma


Qırğızıstan və Özbəkistan sərhədçiləri arasında  atışma
Qırğızıstan və Ozbəkistan sərhədçiləri arasında munaqişə yaranıb. Iki qırğız sərhədçinin yaralandığı və özbək sərhədçilərindən isə ölənlərin olduğu bildirilir.

Kırğızıstan Respublikası Sərhəd qoşunları mətbuat xidmətindən verilən xəbərə görə Koktaş-Bulakbaşı avtoyolunda “Kazaxmıs” dağ-mədən şirtəti işçiləri ilə Bulakbaşı qəsəbə sakinləri təmir işləri aparırlarmış. Amma Alakubin sərhəd dəstəsinin “Koktaş” nəzarətçi zastavasının sərhədçilər yerli sakinlərə dövlət sərhədinin neytral hissəsi olduğu üçün bu yolda təmir aparmaq müvafiq olmadığını bildiriblər. Lakin buna baxmayaraq, yerli sakinlər işlərini davam etdiriblər.

Sahəyə Özbəkistan sərhəd nəzarətçiləri gələrək şərt şəkildə işi dayandırmağı tələb ediblər. Yerli sakinlər bu tələbə cvabı aqqressiv olub. Nəticədə Özbəkistan sərhəd nəzarətçiləri silaha əl atıblar, qırğızlar da onlara atəşlə cavab veriblər. “Baş verən insidentlə bağlı hər iki tərəfin sərhəd qoşunarınn rəhbərləri telefonla danışıqlar aparıb, hadisəni sülh yolu ilə qaydaya salmaq üçün sərhəd nümayəndələrinin görüşməsini təklif ediblər”-deyə məlumatda qeyd edilir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir