Qırğızıstanda sərhəddçi 4 xidmət yoldaşını və onlardan birinin arvadını öldürüb


Qırğızıstanda  sərhəddçi  4  xidmət yoldaşını  və onlardan birinin arvadını öldürüb
Qırğızıstanın İssık-Kul vilayətinin sərhəd postunda hərbçi öz əsgər yoldaşlarını və onlardan birinin arvadını ölürərək qaçıb gizlənib. Bu haqda “İnterfaks” agentliyinə ölkənin hərbi sərhəd xidmətindən məlumat verilib.

“20 avqustda İssık-Kul sərhəd hərbi bölməsinin “Eşkilitaş” sərhəd postunda hərbçi qərargah silahı ilə əsgər yoldaşlarını və onlardan birinin arvadını gülləlıyib”-deyə mətbuat xidmətindın xəbər verilib.
Cinayət törədən əsgər hadisə yerindən qaçıb. Hazırda “Ələ keçirmə” əməliyyatına başlanıb. Sərhəd xidməti baş qərargahı rəisinin rəhbəriliyi ilə zabitlər qrupu hadisə yerinə yollanıblar.

Xatırladaq ki, oxşar hadisə Qazaxıstan sərhəd zastavasında baş vermişdir .30 mayda Sarı Bokter sərhəd zastavasında 14 sərhədçi və bir egerin ölümü ilə nəticələnən cinayət hamıya məlumdur. Onu da qeyd edək ki, o cinayətdə yeganə sağ qalan hərbçi Vladislav Çelax təqsirləndirilir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir