Qizil medal qazanan “Qalatasaray”a gümüş medal şoku


Qizil medal qazanan “Qalatasaray”a  gümüş medal şoku
Yenises.ru-nun Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə Türkiyə Super Kuboku yarışmasında qalmaqal yaşanıb.
Çoxlarının maraq və intizarla gözlədiyi Türkiyənin iki güclü komandası “Qalatasaray”- “Fenerbahça” arasındakı Super Kubok uğrunda qarşılaşmada “Qalatasaray” Droqbanın atdığı qolla Super kubokun sahibi olub.

Lakin medal taxma mərasimində anlaşılmazlıq yaranıb. Belə ki, qızıl medallar qalib komanda olan “Qalatasaray” komandasının oyunçularına deyil, “Fenerbaxça” futbolçularına taxılıb. “Qalatasaray” komandasına isə gümüş medallar verilib. Bu xətanın sonradan fərqinə varılaraq medallar geyinmə otağında geri alınıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir