Qlazev ABŞ sanksiya tətbiq edərsə, Rusiya dollardan imtina edər deyir


Qlazev ABŞ sanksiya tətbiq edərsə, Rusiya dollardan imtina edər deyir
Kreml isə Rusiya ilə ABŞ-ın malliyə münasibətləri haqqında prezidentin məsləhətçisi Srgey Qlazlevin fikrini inkar edir.

Hökümət başçısının yaxın ətrafından olan yüksəkçinli mənbənin məlumatına görə Qlazevin Rusiya ABŞ maliyyə münasibətləri fonunda söyldikləri rəsmi Kremlin mövqeyini əks etdirmir.

Mənbə onu də əlavə edib ki, görünür Qlazev prezidentin müşaviri kimi deyil, akademik kimi öz möveqyini bildirib.

Bir az əəvəl Qlazev ABŞ Rusiyaya sanksiya tətbiq etdiyi təqdirdə Rusiya başqa valyutaya keçəcəyi,özünün hesab-ödəmə sistemini yaradacağını bəyan etmşdi. Bundan başqa onun fikrincə, Rusiya iş adamlarının ABŞ hesabları dondurular və Amerika dövləti xeyrinə satılmasına məcbur buraxılarlarsa, o zaman Rusiya öz növbəsində amerika banklarına kreditləri geri ödəməkdən imtina edəcək.

Xatırladaq ki, ABŞ Ukraynadakı hadisələrə görə Rusiya ilə hərbi əlaqələrini dondurub, həmçinin Moskva ilə ticarət və investisiya danışıqlarını dayandırıb.

Bundan əlavə ABŞ przidenti Obama bazar ertəsi yaxın məsləhətçilər ilə görüşərək Krimda baş verənlərlə bağlı Ruisyaya münasibətlərini müzakirə edib. Görüşdə “Rusiyanı sonrakı təcridetmlər” planı üzərində də fikir mübadiləsi aparılıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir