Qorxulu avtoqəzadan sonra Çeçenistanda spirtli içkilər satılıan mağazalar qapadıldı


Qorxulu avtoqəzadan sonra Çeçenistanda spirtli içkilər satılıan mağazalar qapadıldı
Respublikda içərisində 2 uşaq olmaqla 7 nəfərin ölümü ilə nəticələnən yol qəza hadisəsindən sonra spirtli içkilər satılan ticarət nöqtələri bağlanılıb. Bu haqda Yol nəqliyyat hadisəsi operativ profilaktika qərargahının rəhbəri, Çeçenistan parlamentinin sədri Maqomed Daudov respublika lideri Ramzan Kadırovun region yollarında ölüm və zədələnmə məsələləri ilə bağlı keçirdiyi yığıncaqda bəyan edib.

Hazırda respublikada bir dənə də olsun spirtli içkilər satılan mağaza yoxdur. Bağlanana qədər respublikda spirtli içkilər satılan 20 mağazanın olduğu bildirilir.

Maqomed Daudov qeyd edib ki, spirtli içkilərin ticarəti ilə məşğul olan sahiblarlar könüllü olaraq öz fəaliyyətlərindən imtina ediblər.

Xatırladaq ki, bundan əvvəl Çeçensitan rəhbəri Ramzan Kadlırov öz İnstagram səhifəsindən “Qafqaz”” yolunda ikisi yetkinlik yaşına çatmayan olmaqla, 7 nəfərin ölümünə səbəb olan yol -nəqliyyt hadisəsi haqqında yazmışdı.

Daha iki nəfər-kişi və oğlan ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və kişi orada vəfat edib.

Ölümcül qəzanın yaranmasına səbəb “”Ford avtomobilini sərxoş vəziyyətdə idarə edən sürücünün qarşı xəttə çıxaraq Lada Prioria ilə toqquşması olub.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir