Qroznıda hüquq müdafiəçilərinin ofisi yandırıldı


Qroznıda hüquq müdafiəçilərinin  ofisi yandırıldı
Qroznıda banditizmə qarşı mübarizədə ölkə prezidentini dəstəkləyən mitinqdən sonra hüquq müdafiəçilərinin ofisi yandırılıb.

Qroznıda rusiyalı hüquq müdafiəçiləri mobil qrupunun ofisi naməlum səbəblərdən yanıb. Bu haqda “Memorial” hüquq müdafiəsi mərkəzinin başçısı Aleksandr Çerkasova istinadən İnterfaks agentliyi məlumat verib.

“İşgəncələrə qarşı mübarizə” komitəsinin Facebbok səhifəsində qrupun başçısı İqor Kalyapin yanğının saat 21:20 radələrində baş verdiyini yazıb. Həmin zaman hüquq müdafiəçiləri ofisdə deyil, Al Jazeera telekanalının juralistləri ilə mehmanxanada görüşdə olublar.

Kalyapin binanın yaraqlı adamlar tərəfindən mühasirəyə alındığı və yanğınsözndürənlərin yanğını söndürdüyünü bildirib. “Ofis yaşayış evinin mənzilində yerləşir. Nə qədər ziyan dəydiyi bilinmir. Yanğından zərərçəkənin olub olmaması haqqında da məlumat yoxdur”,- deyə hüquq müdafiəçisi xəbər verib. O,onu da əlavə edib ki, Çeçenistan DİN-nin başçısı Apti Alaudinovla söhbətdən sonra hüquq müdafiəçilərinin yaşadığı mehmanxananın yaxınlığında polis postları qoyulub.

Şənbə günü Qroznıda 4 dekabr terrorçularnın hücumu nəticəsində həlak olan polislərin xatirəsinə həsr olunmuş mitinq keçirilib. Aksiya iştirakçıları Çeçenistan prezidenti Ramzan Kadırova tərəfdar olduqlarını və yaraqlıların qohumlarının evinin yandırılmasına qarşı çıxan hüquq müdafiəçilərinə etiraz etdiklərini bidiriblər.

“Azadlıq” radiosunun verdiyi məlumata görə Qroznıda olan hüquq müdafiəçiləri mitinqdən sonra izləndiklərini hiss ediblər. Onların iddiasına görə içində maskalı adamlar olan avtomobil arxalarınca düşüb.

Human Rights Watch beynəlxalq insan haqları təşkilatının Rusiya bölməsinin rəhbəri Tatyana Lokşinanın fikrincə, Çeçen höküməti hüquq müdafiəçilərinin Azad mobil qrupunu respublikadan çıxartmaq istəyir.

4 dekabr gecəsi Qroznıda yaraqlılarla polislər arasında toqquşma baş verib. Antiterror əməliyyatı zamanı 11 yaraqlı məhv edilib. Bu qarşıdurmada 14 nəfər hüquq mühafizə orqanı əməkdaşı həlak olub, 28 nəfəri isə yaralanıb. Bundan sonra Çeçenistan prezidenti Ramzan Kadırov silahlı qrupun ailə üzvlərinin respublikadan çıxarılıb evlərinin yerlə yeksan olunacağını bəyan etmişdi.

Onu da qeyd edək ki, neçə günlərdir ki, insan haqları üzrə prezident şurası üzvləri, “İşgəncələrə qarşı mübarizə” komitəsinin başçısı İqor Kalyapin ilə Çeçenistan prezidenti Ramzan Kadırov arasında münaqişə yaşanır. “İşgəncələrə qarşı mübarizə” komitəsi Rusiya İstintaq komitəsinə və Baş prokurorluğa Ramzan Kadırovdan şikayət edib.

Amnesty International hüquq müdafiəsi təşkilatı Rusiya hökümətini evlərin yandırılması ilə bağlı müstəqil istintaq aparmağa çağırıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir