Ramil Səfərova mayor rütbəsi verildi


Ramil Səfərova mayor rütbəsi verildi
Ramil Səfərovun həyat yolu bəlli oldu. Qarabağ əsgərinin leytinantlıqdan mayor rütbəsinə yüksəlməsi onun qaldığı yerdən davam edəcəyindən xəbər verir.

Belə ki, bu gün Azərbaycanın Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Ordusunun zabiti Ramil Səfərovu qəbul edərək onu vətənə dönməsi və prezident İlham Əliyev tərəfindən əvf olunması münasibəti ilə mayor rütbəsi verməklə təbrik edib. Müdafiə naziri mayor Ramil Səfərova gələcək hərbi fəaliyyətində uğurlar arzulayıb.

Müdafiə naziri Azərbaycan zabitinə – vətəndaşına göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirməyi də unutmaıb. O, ölkə başçısı tərəfindən atılan bu addımı Azərbaycan xalqı qarşısında misilsiz xidmət kimi qiymətləndirib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir