Ramiz Abutalıbov-Ondan bir də olmayacaq!!!


Bu cümlənin arasına  sığışdıracağımız- bir dövrü adı, imzası ilə qapadacaq şəxsiyyətlərimiz  o qədər azdır ki… Əslində Onlar yaşadığı dövrün trayektoriyasını dəyişən, onu məcrasından çıxarıb özləri istiqamətləndirmək cəsarətində- gücündə olan insanlardır.

Ramiz müəllim,  mənim itkimin acısı hələ dinməyib, axı(((

Müəyyən yaşa çatan insanlar üçün ölümü gözlənilən edən bizikmi? Şüuraltında artıq Sona yaxınlaşır, Vədə yetişib-deyə düşünəcək qədərik…-acı da olsa reallıqdır. Amma ürək- o buna inanmır, hazır deyil.  Xeyr,  O ölə bilməz, ölməməlidir deyə üsyan edir!!!

Hissə qapılmışam. Sizli hissə. Sizin hiss etdirdiyiniz hissə. Və acı xəbəri hələ həzm edə bilmədiyim üçün  hissimi hissə-hissə bura tökməyə gücüm yoxdur!

Sizinlə bir dövr daha qapandı-deyə yazacağıq, deyəcəyik. O Sizinlə ki, tarixin qapanmış və ya qapadılmış bir dövrünü Siz açmışdınız.  “Doğmalar içində yad, yadlar içində doğma”lıq yaşayan- bu millət, bu dövlət üçün tarix olanları üzə çıxartmaq kimi bir missiya daşıyan ADAM!.

Əlimi toxundura bildiyim tarixsiniz, korifeysiniz. Sizin müasiriniz olmaq, yaşarkən özünə heykəl qoymuşa- bütə toxunmaq kimidir.

İndi kimi dilləndirsən Sizin onu  hamıdan çox sevdiyinə inanaraq,  sözü yox,   gözü  danışacaq axan yaşla… Hər kəsi sevməyə yetən o qədər böyük ürəyiniz var…dı ki…

                                 Tünzalə Vəliqızı

SİZ BİZİM ÜÇÜN….

A—Təkcə yetkin yaşına görə yox, mövqeyinə və davranışına görə Ağsaqqldı, Alicənabdı, Azdanışandı, Ailəcanlıdı və ən əsası Arif Adamdı.
B—Türklər demiş, Babacandı, rəqibənə qarşı Barışmazdı, “qədeşlərin” sevdiyi “Bakılıdu”.
C—Bakılılar demiş, Cəsarətli, “Can-Cigərdü”, Caz vurğunudu
Ç—Çalışqan, Çayxordu.
D—Dəyanətli, Dəqiq, Dinc, Dürüst Diplomatdı.

Əziz  Dost, tariximizin yorulmaz tədqiqatçısı, özünüz demiş, araşdırıcısı! Bu doğum gününüzdə dualarım Sizinlədir, tezliklə yanımıza qayıtmanızı arzulayıram! Siz bizə çox lazımsınız, söhbətinizə ehtiyacımız var, azdanışan olsanız da, dinləməyi və eşitməyi çox yaxşı bacarırsınız! Allah bizim Sizə möhkəm can sağlığı və uzun illər bəxtəvər ömür arzularımızı eşitsin!

-Sevdiyiniz rəng?
–Ağ və qara.
-Yemək?
-Plov.
-Musiqi?
-Muğam və caz.
-Nəqliyyat?
-Trolleybus.
-Şəhər?
-Paris.
-Ölkə?
-Azərbaycan, Fransa, Rusiya. Bu ardıcıllıqla.
-Şair, yazıçı?
-Ramiz Rövşən, Heminquey.
-İnsanlarda ən çox dəyər verdiyiniz cəhət?
-Sədaqət, vəfalılıq.
-Sevmədiyiniz xasiyyət?
-Diqqətsizlik, laqeydlik, biganəlik.
-Bağışlaya bilməyəcəyiniz xəta?
-Xainlik.

YENISES.RU

01.01.2022


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir