Ramiz Abutalıbovun doğum gününə- Təbrik mesajları


Ramiz Abutalıbovun doğum gününə- Təbrik mesajları

Bu gün vətənpərvəriyi, səmimiyyəti, təvazökarlığı ilə hər kəsə özünü sevdirən, alicənablığı ilə dostlarını heyran qoyan, heç vaxt üzündən təbəssüm əskik olmayan insan, dəyərli dostumuz, həmkarımız tanınmış diplomat Ramiz Abutalovun doğum günüdür. Bu münasibətlə Moskvadakı dostları ona təbrik ünvanlayıblar.

Ramiz Abutalıbovun doğum gününə- Təbrik mesajları
Azər Cahangirov, jurnalist

Əziz Dost, tariximizin yorulmaz tədqiqatçısı, özünüz demiş, araşdırıcısı! Bu doğum gününüzdə dualarım Sizinlədir, tezliklə yanımıza qayıtmanızı arzulayıram! Siz bizə çox lazımsınız, söhbətinizə ehtiyacımız var, azdanışan olsanız da, dinləməyi və eşitməyi çox yaxşı bacarırsınız! Allah bizim Sizə möhkəm can sağlığı və uzun illər bəxtəvər ömür arzularımızı eşitsin!

Ramiz Abutalıbovun doğum gününə- Təbrik mesajları
Sabir Həbibov, həkim:

Əziz Ramiz bəy! Bu növbəti doğum gününüzdə Sizə daha möhkəm can sağlığı, sevdiklərinizlə bərabər uzun ömür, yaradıcılıq uğurları diləyirəm! Bizim Sizi çox sevdiyimizi bir daha dilə gətirmək istəyirəm.

Ramiz Abutalıbovun doğum gününə- Təbrik mesajları
Rabson Məmmədov, həkim, iş adamı:

Sevimli Ramiz bəy! Doğum gününüz mübarək! Allah Taala həyatın ən xoş günlərini Sizə nəsib etsin! Gələcək həyatınız daha sağlıqlı və xoşbəxt olsun! Siz bizim fəxr etdiyimiz müdrik ziyalısınız.

Ramiz Abutalıbovun doğum gününə- Təbrik mesajları
Nəsib Nəbioğlu, şair:

Əziz Ramiz müəllim, Sizi doğum gününüz münasibəti ilə ürəkdən təbrik edirəm. Sizə ən əsası can sağlığı, uzun ömür, xoşbəxtlik, dop-dolu sevgi, məhəbbət arzu edirəm. Ulu tanrı ömrünüzə ömür, sevincinizə sevinc qatsın. Dəyərli dostum, Siz bilirsiniz ki, mən həmişə Sizinlə fəxr etmişəm. Səbrsizliklə Moskvaya dönməyinizi, aramızda olmağınızı gözləyirəm!

Ramiz Abutalıbovun doğum gününə- Təbrik mesajları
Mərdan Feyzullayev, rejissor:

Əziz Ramiz müəllim! Siz tariximizin unudulan səhnələrinə işıq salan ən istedadlı həmkarımsınız. Yorulmayasınız. Doğum gününüzü səmim-qəlbdən təbrik edirəm.

Ramiz Abutalıbovun doğum gününə- Təbrik mesajları
Eldar Abbasov, tarixçi:

Dəyərli Ramiz bəy!
Siz, heç mübaliğəsiz, xalqımıza silinməkdə və unudulmaqda olan tarixi hafizəsini təkrar qazandıran müstəsna ziyalılardansınız. Sizi tanımaq və sizinlə təmasda olmaq xöşbəxtliyini mənə yaşatdığınız üçün sonsuz təşəkkürlərimi ifadə edir və Sizə hər şeydən əvvəl Tanrıdan sağlıq diləyirəm!

Ramiz Abutalıbovun doğum gününə- Təbrik mesajları
Cəfər Sadıq, jurnalist:

Əziz Ramiz müəllim! Növbəti doğum gününüz Sizə olan sevgimizi dilə gətirmək üçün gözəl fürsətdi. Sizin vətənpərvərliyiniz, işgüzarlığınız, səmimiyyətiniz, dosta sədaqətiniz hamımıza örnəkdir. Var olun!

Ramiz Abutalıbovun doğum gününə- Təbrik mesajları
Fuad Səfərov, jurnalist:

Sevimlimiz Ramiz müəllim! Sizin Azərbaycanın tarixi-arxivi bilgilərinin dünyaya çatdırılmasında xidmətləriniz danılmazdır. Əməyi, zəhməti, əməli ilə örnək olan nadir ziyalılarımızdansınız. Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə can sağlığı arzu edirəm.

Ramiz Abutalıbovun doğum gününə- Təbrik mesajları
Anar Həsənov, jurnalist:

Çox hörmətli və dəyərli Ramiz müəllim! Siz bir uğur nümunəsi kimi qəlblərdəsiniz. Tarixə peşəkar diplomat olaraq düşməklə yanaşı, həm də mühacirətdə yazıb- yaradan məhsuldar tədqiqatçılardansınız. Müəllifi olduğunuz onlarla kitab tarixin qaranlıq səhifələrini açıb. Sizə uzun ömür, can sağlığı diləyirəm. Sağ olun ki, varsiniz. Biz hər zaman Sizinləyik!

Bir ömürdə neçə ömür yaşamaq… Yadlar içində doğma ola bilmək… Doğmalar içində yadlaşmamaq…Tarixi yaddaşı təzələyən, bərpa edən, geri qaytaran, qovuşduran…

Sizın haqqınızda söylənən təbriklər içində ağırlıq yükü iki kəlmənin üzərinə daha çox düşdü. Vətənpərvər və səmimi. RAMİZ ABUTALIBOV kimliyini anlatmağa açar olan bu iki kəlməylə çox uzağa getmək olar. Sizi belə tanıdım, belə sevdim. Ramiz müəllim, doğum günü sayı ilə sıralanan ömrün bir ucalan pilləsinə xoş gəldiniz. Sizə ucalıqlara nisbət olan dağ omrü arzulayıram!

Tünzalə Vəliqızı
Moskva, Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir