Ramzan Kadırov A 321 qəzası ilə bağlı karikaturanı çəkənləri soysuz, əclaf, alçaq adlandırdı


Ramzan Kadırov  A 321 qəzası ilə bağlı karikaturanı çəkənləri soysuz, əclaf,  alçaq adlandırdı
Çeçenistan prezidenti Ramzan Kadırov “VKontakte”” sosial şəbəkəsindən Fransanın Charlie Hebdo jurnalında A321 təyyarə qəzası ilə bağlı çəkilən karikaturaya sərt münasibət bildirib.

Çeçenistan başçısı:- “”Şəxsən mənim fikrim belədir-kim o karukaturanı çəkib və nəşr etdiribsə, o, insan deyil. Onları heyvan da adlandıra bilmərəm, bu o günahsız heyvanlara qarşı təhqir olar. Onlar insanlar arasında movcud olmağa haqqı olmayan əclaf, alçaq, soysuz varlıqlardır””-deyə yazıb.

Kadırov jurnalın adı olan köynəklər geyinib poza verən yerli jurnalistləri “”Bu köynəklərlə Piterdəki Saray meydanına çıxmağa”” çağıraraq, gəlin görək, “”dərin matəm içində olan şəhər buna necə reaksiya verəcək””-deyib.

Ramzan Kadırov:- “”Mənə Parisin bu faktı necə qiymətləndirdiyini bilmək maraqlı olar. Deyəcəklər ki, bu söz azadlığı, demokratiyanın göstəricisi kimi jurnalistin şəxsi fikridir? Mən də bir müddət əvvəl müsəlmanlar üçün təhqiramiz sayılan karikaturaçılarla birlik nümayiş etdirən yüz minlərlə fransalının və yüzlərlə dünya liderinin reaksiyasını eşitmək və görəmək istəyirəm””-deyə qeyd edib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir