Ramzan Kadırov: “Çeçenistan İngiltərədən daha təhlükəsizdir”


Ramzan Kadırov:  “Çeçenistan  İngiltərədən daha təhlükəsizdir”
Böyük Britaniya Xarici işlər nazirliyinin Şimali Qafqaza getməkdən imtina etmək təklifinə cavab olaraq prezident Ramzan Kadırov bəyan edib ki, Çeçenistanda İngiltərə adalarına nisbətən daha təhlükəszidir.

”İngiltərə XİN tövsiyyə edir ki, Şimali Qafqaza getməyin. Mən cavabdeh olaraq bildiriəm ki, Çeçenistanda İngiltərədən daha təhlükəsizdir! Xoş gəlmisiniz!”-deyə Çeçenistan prezidenti Twitter-dəki mikrobloqunda yazıb.

Xatırladaq ki, cümə günü Britaniya xarici işlər idarəsi turistlərə Rusiyanın Çeçenistan, İnquşetiya, Dağıstan respublikalarına və Stavropol vilayətinin bir sıra ərazilərinə istənilən səfərin təhlükəli olması barədə xəbərdarlıq edib.

Britaniya XİN-nin arzuolunmaz təhlükəli yerlər siyahısına Şimali Osetiya, Karaçevo-Çerkez və Kabardin-Balkariya da daxildir.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir