Ramzan Kadırov FMX idarəsinin başçısını qızına görə işdən çıxartdı


Ramzan Kadırov  FMX idarəsinin  başçısını  qızına  görə işdən  çıxartdı
Bu haqda Çeçenistan prezidenti Instagram-da yazıb. Federal Miqrasiya xidməti idarələrindən birinin rəhbəri olan Asu Dudurkayevin işinə son verilib. O, kobudluqda, süründürməçilikdə, sənədlərin qeydiyyatının uzadılmasında günahlandırılıb.

“Lakin ən başlıca səbəb Asu Dudurkayevin qızının Suriyada dinc əhalinin qanını tökən, müqəddəs islam məbədlərini partladan vəhhabilərə qoşularaq vuruşmasıdır. Belə birinin tabeçilyində olanlara vətənpərvərlikdən, dindən, əxlaqdan danışamağa mənəvi haqqı yoxdur”- deyə Ramzan Kadırov yazıb.

Çeçen höküməti A. Dudukayevə qızının ölkəyə geri gətirlməsinə yardım etməyi təklif etsə də, məmur bununla özü məşğul olcağını bildirib. Qız hələ də “basqınçıların arasındadır”.

“Biz belə qərara gəldik ki, Dudurkayevə bu vəzifəni etibar etmək olmaz. Ondan özündən yüksək müdriyyətə istefa etməsi haqqında hesabat yazması istənilib və bu yerinə yetirilib. FMX idarəsində qayda-qanun hökm sürəcək”-deyə respublika rəhbəri vətəndaşları əmin edib.

Ayxan Azəroğlu
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir