Ramzan Kadırov İsraili heyrətləndirmək fikrindədir


Ramzan Kadırov İsraili heyrətləndirmək fikrindədir
Yerusəlim yaxınlığındakı çerkez (çeçen) kəndi olan Adu-Qoşda nəhəng məscid binasının tikintisinə başlanıb. Bu məscid miqyasına görə Xramovoy dağında olan Al-Aksa məscidindən geri qalmayacaq. Məlum olub ki, məscdiin tikintisi Çeçenistan prezidenti Ramzan Kadırovun təşəbbüsü və şəxsi vəsaiti hesabına aparılır.

“Vestnik Qafqaza” saytının dəfələrlə verdiyi məlumata görə Abu-Qoşa kəndinin sakinləri ilə Çeçenistanın yaxınlaşması bir neçə il əvvəl başlayıb. Yayılan xəbərlərə görə kəndin əhalisi çerkezlərin(adıgey) deyil, çeçenlərin törəmələridir. Çeçen prezidenti bir dəfə də olsun Abu-Qoşada olmasa da, kəndin sakinləri öz tarixi vətənlərini ziyarət ediblər.

2012-ci ildə kəndin bələdiyyə şurasının qərarı ilə küçələrin birinə 2004-cü ildə öldürülmüş Çeçenistan prezidenti Ahmet Kadırovun adı verilib. Onun adı gələcək məscidin də adını daşıyacaq.

Məscdin tikintisinin hazırlıq işləri artıq başa çatıb. İsrail KİV-i bir səslə bu fikirdədirlər ki, söhbət dövlətin yaradılışından başlayan böyük dini ibadət binasından gedir. “Əgər rus oliqarxları villalarının böyüklüyü ilə heyrətləndirirsə, görünür Çeçenistan lideri İsraili inamının gücü, çoxdan məscid arzusuda olub, lakin onun tikintisi üçün vəsaiti olmayan soydaşlarına yardım etməyə hazır olduğu ilə təəccübləndirmək fikrindədir. Nəhəng məscidin həm də İsrailə gələn turistlərin gəzdiyi yerlərdən biri olacağı da istisna olunmur-deyə İsrail qəzetləri yazır.

Onu da qeyd etmək yerinə düşər ki, bunsuz da Abu-Qoşa özünün xumusu və restoraları ilə turistlərin gəldiyi və qurmanları özünə cəlb edən yerdir.

Leyla
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir