Rasim Musabəyov: Azərbaycan ordusunun 5 kəndi azad etdiyindən xəbərim yoxdur.


Rasim Musabəyov:  Azərbaycan ordusunun 5 kəndi azad etdiyindən xəbərim yoxdur.
“Azərbaycan ordusunun 5 kəndi erməni işğalından xilas etdiyi haqda hansı mətbuat yazıb? Mənim o haqda məlumatım yoxdur”. Moskvada işgüzar səfərdə olan Azərbaycan Milli Məclsinin deputatı Rasim Musabəyov bunu yenises.ru-nun sualını cavablandıranda deyib.

Politloq Azərbaycan-Ermənistan münaqişə xəttində gərginliyi Klintonun gəlməsiylə bir vaxta düşməsinin bir təsadüf olmaslna da aydınlıq gətirərək, sərhəddə hər zaman gərginlik var, lakin son zamanlar 10-11 sayda əsəgrin şəhid olması, təbii ki, bunun da ətrafında informasiyaların artmasına gətirib çıxartdı. Klintonun gəlməsinin ermənilərin fəallaşmasına dəxli ola da bilər, olmaya da-dedi.

“Ermənilər münaqişəni saxlamaq iqtidarında olmadıqlarını anlayırlar. Ona görə də böyük dövlətləri buna cəlb etmək istəyirlər ki, onlar qoşun gətirsinlər və işğalı bir o qədər uzatsınlar”.

Azərbaycan səmasında Rusiya raketinin görünməsinin “Azərbaycana gözdagi idimi” sualına isə birmənalı olaraq, “hamı bilir ki, Rusiya bölgədə və eləcə də dünyada güclü bir dövlətdir. Bizim nüvə silahımız yoxdur ki, bizə güc göstərsin. Sadəcə bir poliqonundan başqa bir poliqonuna göndərirdi və bizim səmada göründü”-cavabını verdi. Və əgər bu güc göstərisidirsə, onu Amerikaya göstərir, biz balaca dövlətik. Aramızda isə tarixi dostluq bağı var. Bunun bizimlə kəskinliklə əlaqəsi yoxdur-deyə əlavə etdi.

Tünzalə Vəliqızı
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir