“Real” Madriddə 15 yaşlı türk


“Real”  Madriddə  15 yaşlı türk
“Real” Madrid 15 yaşındakı Yunus Gülnarı sınaq müddətinə götürüb. İlk oyunlardan sonra gözə girən 15 yaşlındakı Yunusu ilk təbrik edən isə ulduz futbolçu Zidan olub.

“Real” Madridin aşağı qrupunda oynağa başlayan və olduqca başarılı olan gənc futbolçunun meneceri Aytaç Erenler Yunusu 2 il əvvəl gənclərdən ibarət komandanın aşağı qrupunda kəşf etdiyini deyib.

Erenler Radyospor.com-a Yunusla bağlı verdiyi açıqlamada onun 1997 il təvəllüdlü olduğunu bildirib. “Gənclərdən ibarət komandanın aşağı qrupunda yetişib. İştirak etdiyi ilk turnirdə ən texnikalı oyunçu seçilmişdi. Sonra “Manchester City”-yə bir il sınaq müddətinə götürüldü. Futbol biliciləri fiziki cəhətdən zəif olduğunu desələr də, onun hücum məntiqinə və texnikasına heyran qaldılar. Bundan sonra Yunus bir il İstanbulda şəxsi həkimi və məşqçinin nəzarəti altında təlimlər keçdi. Top ələ keçirmələri yaxşı olsa da, keçdiyi oyunçu ona çata bilirdi. Indi daha yaxşıdır”-deyib.

Oyunçunu Madridə təqdim etdikdə Madridin aşağı qrup yetkililəri onu yoxlamaya götürdüklərini deyib Erenler. Menecer onu da bildirib ki, 5 güdür Madriddədirlər və Yunus ilk oyununu 17 yaşlılarla keçirib. 90 dəqiqə meydanda olan Yunusu Zidan da izləyib. Oyununu çox bəyəniblər və hətta oyundan sonra Zidan onu təbrik edib.

Onun “Real” Madridin aşağı qrupunda oynamasına 1 həftə sonra qərar veriləcəyini bildirilir. Erenler böyük ehtimalla qəbul olunacağına əminliyini ifadə edib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir