"Səhranın bəyaz günəşi"nin Petruxası rəhmətə getdi
Sovet filmi "Səhranın bəyaz günəşi" filmində gənc qızıl ordu əsgəri Petruxanı canlandıran Nikolay Qodovikov bu gün ömrünün 68-ci ilində vəfat edib. Bu haqda "5 kanal" məlumat verib.
"Novaya qazeta" Luqanskinin başçısı Plotnitskinin  Rusiyaya qaçdığını xəbər veribQondarma Luqansk xalq respublikasının başçısı İqor Plotnitskinin avtomobil korteji Rusiyaya gedib - "Novaya qazeta" yazıb. LXR başçısı ilə birlikdə onun administrasiyasının rəhbəri İrina Teysman, LXR dövlət telekompaniyasının başçısı Anastasiya Şurkaeva və bir neçə nəfər respublikanı tərk edib. Qondarma Donetsk xalq respublikasına yaxın olan mənbə "Vedomosti"yə Plotnitskinin yaxın ətrafı ilə birlikdə Rusiyaya gəlməsi faktını təsdiq edib. Onun sözlərinə görə hazırda administrasiyada onu əvəz edilməsi məsələsi həll olunur.
Sobyanın Moskvanın miqrantlara ehtiyacı olduğunu etiraf edib
Moskva meri Sergey Sobyanın etiraf edib ki, paytaxtın əməkçi miqrantlara ehtiyacı var. Merin fikrincə, bütün gəlmələri paytaxtdan qovmaq şəhərdə iş yerlərində qaçılmaz problemlərin yaranmasına səbəb olar.
Şenol Güneş “Qarabağ” klubunu ziyarət etdi
“Beşiktaş”ın baş məşqiçisi Şenol Güneş “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanovla görüşüb. Oyundan əvvəl “Beşiktaş”ın köynəyini ona bağışlayaraq komandaya uğur arzulayıb. Bu şəkli Şenol Güneş instagram səhifəsindən paylaşıb.
Türk komandası "Beşiktaş"  Çempionlar Liqasında
“Portu”ilə heç-heçə “Beşiktaş” G qrupu birinciliklə başa vurdu

Çempionlar Liqasının G qrupunda yarışan Türkiyənin Beşiktaş komandası İstanbulun “Vodafon Park” meydançasında Portuqaliyanın “Portu” komandasını qəbul edib. Öz qrupunun lideri olan Qara Qartallar ötən 4 oyunda 8 qol vurub. Və yeni mərhələyə çlxacaq favoritdir.
Faciələrin yası və yaşı
Qara tariximizin acı səhifəsi, eyni zamanda şərəf salnaməsi olan bu anımlar-illərin ayların, günlərin, hətta saatların rəqəmlərində dil açan, ürəkdağlayan hekayələrində birləşən faciələrimiz!

Bir-birindən ağrılı, illər böyüdən, gəncləşdirən və qarşısında üzüqara olduğumuz, eyni rəngli təyinlə xatırladığımız QARA tarixlər!
Yasını və yaşını tutduğumuz QARAlar.

20 Noyabr 1991-ci ildə müstəqilliyimizə qarşı tuşlanan silahların ucunda güllələrə düzülənlər bu faciə zəncirin növbəsi həlqəsinin
26-cı ili... Ömürdən kəsilən 26 bahar, yay, payız, qış...

Baxıram dünyanın bu gərdişinə, dəli bir ağlamaq keçir könlümdən...

Və bir də bu gün qəlbimdən bu nida qopur...

Qoy kül olum yana-yana...
Mən yanmasam, sən yanmasan, biz yanmasaq,
Necə çıxar qaranlıqlar aydınlığa?!


Qarakənd səması yenə qaranlıqdır. O faciənin qaranlıq üzü kimi.

Həmin gün "Mi-8" hərbi helikopterində həlak olanları Sadəcə xatırlayaq!!!

- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror
- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri
- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili
- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatının şöbə müdiri
- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini
- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi
- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı
- Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini
- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru
- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev - telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı
- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator
- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü


Allah rəhmət eləsin!


YENİSES.RU
WADA  Rusiyanı Olimpiadaya buraxmamaqda qərarlıdır
Ümumdünya Antidopinq agentliyi təsisçilər şurası (WADA) Rusiya antidopinq agnetliyinin (RUSADA) hüquqlarını bərpa etməyib. Qərar həftənin dördüncü günü Seulda keçirilən yışıncada qəbul edilib.
KİV Rusiyanın Olimpiada-2018 -dən uzaqlaşdırıla biləcəyindən yazıb
Ümimdünya antidpoinq agentliyi (WADA) Rusiyanın antidopinq agentliyinin (RUSADA) haqqını bərpa etməyib. Bunun Rusiya yığmasının 2018-ci il Olimpiada oyunlarından uzaqlaşdırılmasına gətirib çıxara biləcəyini Hayo Zeppelt alman televiziyasının efirində səsləndirib.
Doxsan üç min sözdən ibarət "Azərbaycan dilinin   izahlı  lüğəti" çap olunub
Bugünlərdə İstanbulda “Azərbaycan dilinin izahlı lüğəti” işıq üzü görüb.

Beş cilddə çap edilən lüğətin tərtibçisi uzun illər Fransada yaşayan həmyerlimiz Məmmədəli Tacəhmədidir.

Xeyli zəhmət və gərgin əmək hesabına ərsəyə gələn “Azərbaycan dilinin izahlı lüğəti” doxsan üç min sözdən ibarətdir.
Moskvanın mərkəzində gecikdiyi üçün taksi sürücüsünü güllələdilər
Moskvanın mərkəzində taksi sürücüsü sifariş yerinə gecikdiyi üçün müştəri tərəfindən güllələnib.

Hüquq mühafizə orqanlarında olan mənbənin verdiyi məlumata görə hadisə nəticəsində bir nəfər yaralanıb. "Moskva" şəhər xəbərləri agentliyinin verdiyi xəbərdə hadisə Bakinskiy küçəsi 26-cı evin yaxınlığında baş verdiyi deyilir. "Yandeks Taksi" xidmətinin müştərisi sürücüyə narazılığını bildirib. Taksi sürücüsü müştəri ilə təklikdə danışmaq istəməyib və tanışlarını çağırıb. Acıqlanan müştəri travmatik tapançasını çıxararaq ona dörd dəfə atəş edib və nəticədə sürücünün tanışı yaralanıb.
Iran Iraq sərhəddində zəlzələ- ölənlərin sayı 328-ə çatdı - FOTOLAR
Noyabrın 12-də İranın qərbində 7,2 bal gücündə baş verən zəlzələdə qurbanların sayı 328-ə çatıb. Bu haqda Press Tv məlumat verib. Telekanalın verdiyi xəbərdə 2,5 mindən artıq insanın zərər çəkdiyi bildirilir.
Teleaparıcı  Boris Notkinin  Moskvaətrafında cəsədi tapıldı
Teleaparıcı Boris Notkinin Moskvaətrafı Odinsovo rayonunda cəsədi aşkar edilib. Bu haqda TASS agentliyinə hüquq mühafizə orqanlarından məlumat verilib.
Putin Trampla baş tutmayan görüşün günahkarlarını cəzalandıracaq

Vladimir Putin ABŞ prezidenti Donald Trampla ayrılıqda görüşün olmamasını protokoldakı kəsişmələrlə izah edib. Putin protokol hazırlananda bu kəsişmələrin nəzərə alınmasına eyham edərək bunu dilə gətirib. Rusiya lideri əlavə edib ki, Asiya-Sakit okean iqtisadi əməkdaşlığı sammiti çərçivəsində danışıqların baş tutmamasının günahkarları cəzalandırılacaqlar.

Buna baxmayaraq, Amerika prezidenti ilə qısa söhbət zamanı Suriya ilə bağlı birgə bəyanatı razılaşdırdıq. Sohbət deeskalasiya zonası, humanitar yardım və münaqişənin siyasi həllinə sadiqliyin vacibliyindən gedir.

Yenises.ru
Putin ABŞ-ın Rusiya KİV-nə qarşı hücumuna əkshücumla cavab veriləcəyini  vəd edib
Rusiya lideri bu haqda Vyetnamda keçirilən Asiya-Sakit okean iqtisadi əməkdaşlığı sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Telman İsmayılovu qiyabi olaraq həbs etdilər
Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun qiyabi olaraq həbs edildiyi barədə onun vəkili məlumat verib. Onu cinayət təşkil etməkdə və qanunsuz silah satmaqda günahlandırırlar.
Saratovda tanınmış biznesmen  Ceyhun Cəfərov güllələndi
Rusiya mediası Saratovda tanınmış iş adamı Ceyhun Cəfərovun öldürülməsi haqqında məlumat berib. Bu haqda ilkin informasiya "SaratovOnform" portalında dərc olunub.

Çeçenistanda Rosqvardiyanın əməkdaşı 4 məsləkdaşını güllələdi
Faciə bazar ertəsi gündz saatlaırnda Çeçenistanın Şelkovskaya stansiyasında baş verib. Orada Rosqrvardiyanın əməkdaşı öz yoldaşlarına atəş açıb.
Naməlum şəxs "Exo Moskvı"nın  baş redaktorun müavinini redaksiyada bıçaqla yaraladı
Naməlum adam "Exo Moskvı" radiostansiyasının redaksiyasında girdi və bıçaqla baş redaktorun müavini Tatyana Felqenqaueri yaralayıb. Bu haqda məlumatı İnterfaxs agentliyi yayıb. Hadisənin doöruluğunu "Exo Moskvı"-nın baş redaktoru Aleksey Venediktov təsdiqləyib.

Təfərrüatı dəqiqləşdirilir.

Yenises.ru
Tarix : 28-07-2014, 18:42
Adı baxtına GÜLməyən nənə
İtirdiyi vedrə qapağının dəyəri itirdiyi həyatının dəyərindən daha qiymətlidir.
Gülməyən bəxtinə gülür. Üzündə hüzn yox, həyata ironiya donub qalıb sanki. Yaşamadığı gəlinlik nazı solmuş üzündə “gizlənqaç” oynayır.

Hekayəsi heç də Türkiyənin və ya elə ümimilikdə efir məkanının akual mövzusu- prioritetlər sırasına çıxarılacaqlardan az əhəmiyyətli deyil. Yetər ki, onun və onun kimilərin yanından etinasız keçməyələr.


Gül nənənin qısa hekayəsinə strix. Günə qəhrəman axtarıb, onun acısından (onun qeydinə qalmaq uçun deyil, özü üçün) özünə gündəm yaradıb, elə onun fonunda “bunu mən tapdım”-deyə “məhşurluğuna” bir az daha məşhurluq qatmaq missiyasında olan “missoner” mətbuatın hazırkı sahiblərinə səslənmədən bu hekayəyə keçə bilmədim.

Az qala hər biriniz, hər birimiz yanından ağzını büzüb geçdiklərimiz arasından özündə gündəm yaradacaq mövzular daşıyanları qaçırırıq. İctimai müstəviyə çıxarılmayacaq-bəsit şəxsi ailə mövzularından baş qaldırıb azacıq da bir ətrafa baxsaq. İtmişləri axtaran axtarış proqramları, böyür-başımızda olan, itib gedən həyatları axtarmağa nə deyirsiniz? Onların həyatı həyatımızdan itənlərdən daha azmı ictimai məna kəsb edir? Onların verdiyi yaşam mücadiləsi tək özünü yaşatması üçün olsaydı, mən də bunu yüzlərlə səfilin taleyinə düşən qismətə bağlayıb keçərdim. Keçmədim. Çünki ona söz verdim.

Əslində İstanbulun əsrarəngiz cazibəsi haqqında yazacaqdım. Hər dəfəsində məni heyran edən bu şəhər haqqında yazmağı yazacaqlarım borc torbasına yığırdım. Və... Bir yazar üçün təb, ilham deyilən şeyin gəlməsini gözləmək mənim üçün tənbəllikdə bitir.

Ona baxıb bəzən beynimdə siralanan mövzuları yazmağa etdiyim tənbəlliyimdən utandım. Basabasda, arxasıyla sürüdüyü diyircəkli yük arabasıyla tramvaya dögru yüyürdü. Tramvayı qaçırmaq istəmirdi. İstanbulda mənə bələdçilik edən dostum ilahiyyatçı alim-bunu deyəndə təvazökarlıqdan üzü qızaran, gününün insanından elə bu keyfiyyəti ilə fərqlənən-Zaur Şükürov qadına yardım etdi. Elə söhbətə də türklərin şirin ləhcəsiyə o başladı.

-Teyzəcim, hara belə tələsirdiniz?

Bu arada arabaya bağlanmış tikinti materali qabı olan vedrəsi diqqətimi çəkdi.

-İftara çatmaq üçün su dalınca gedirəm-dedi xala. Bir anlıq “Bu vedrəyləmi su satır, su vedrədə çalxalanıb tökülmürmü?”- sualı mənə hakim kəsildi.

-Üzümü Zaura tutub, “Suyu BELƏ necə satır”-sordum.

Mənim Azərbaycan türkcəsində verdiyim suala nənə özü cavab verdi.

-Suyu vedrədə satmıram, su butulkalarını vedrəyə yığıb soyuq qalsın deyə arasına da buz qoyub, ELƏ satıram-dedi.

Tramvayın tən ortasındakı dəmir dirənəcəyindən tutub dairəvi şəkildə dayandığımız yerdə söhbət də bizimlə yol aldı.

Adı baxtına GÜLməyən nənə

Üzü günəşdən yanmış, ağ saçları başına qiyqac edib çəkdiyi yaylığın altından görünən nənə gülərək Ramazanda suyun satılmadığını söylədi.

-Bütün günü çoxları orucludurlar deyə istidə sərin su istəyən azdır. Nə olursa bir az iftar zamanı olur. Ona da “zabitalar” qoymur.

Yenə sual dolu baxışlarımı Zaura zilləyirəm. “Jandarmaları deyir”-Zaur nənənin dediyini aydınlaşdırır.

Bu nənənin su satması, “övladı ona görə böyüdürük ki, taqətimiz olmayanda bir içim su versin” –deyiminə tərsdir axı? O deyimlə üsyan etdirəm içimdə. İndicə püskürəcək bu sualları beyinmdə sıralayır, əvvəl özüm cavab axtarıram. Bəlkə evsizdir, övladsızdır, ərsizdir? Amma ona sahib olan dövləti var. Varmı? Tribunadan Qəzzada, Afrikada, Suriyada, İraqda...sadaladıqca bitməyən aclığın, səfalətin, müharibənin hökm sürdüyü yerlərdə olan insanların halına, zülmünə etirazını bildirən, bunu siyasi divident xatirinə edəni öz ölkəsindəkiləri görmür, doyurmursa...

AYNAYA BAXMIRAM. O QƏDƏR ÇIRKINƏM KI, QORXURAM AYNALAR MƏNDƏN QORXA

-Adınız nədir, nənə?

-Güldür adım. Gül Esen. Adımı babam qoyub.

Babasının gül qızı olsun deyə. Gülüzlü qızına həyat hər zaman gülsün deyə.

-Eh ay qızım. Nə gül üzü. Ayna məndən qorxar deyə, aynaya baxmıram.

Yaşının 65 olduğunu bildirən Gül Esen iki qızım, bir oğlun var- deyir. Hökümətdən əməkli maaşı-təqaüd də almır. Səbəbini isə bilmir. Dediyinə görə əvvəllər alırmış, sonra onu da kəsiblər.

Bu arada Zaur onun qəlbinə toxunmadan bir az da zarafatla:

-Əniştə nə iş yapır-deyə sordu.

-Məni qoyub başqa qarıya qaçdı-dedi.

Qızları ərdədir, böyüyünün əri ölüb, üç uşaqla dul qalıb. İzmirdə yaşayır deyir, Gül nənə.

“Niyə onların yanına gedib nəvələrə baxmırsınız, qız da işləyər dolandırar ailəni” dediyimdə, bu yaşda kimsəyə yük olmaq istəmədiyini söyləyir. "Arada mən onlara əl atmaq üçün səhərdən axşama çalışıram".

Adı baxtına GÜLməyən nənə

Suyumu satıb dolanıram, onu da “zabitalar qoysa” deyə yenə giley edir.

-Ayağını bax belə qoyub (arada bir sərnişinləri ləngərlədən tramvayda göstərməyə də macal tapdı) sularımı dağıtdı. Buzlar töküldü, su da isindi zay oldu, kim alar ilıq suyu?! Ona görə gedirəm buz və su alam. Görüm axşama iftara yetişə bilirəmmi?!

-Bəs niyə təqaüd almaq üçün müraciət etmirsiniz?

-Getdim bələdiyyəyə. Məni dinləmədilər. Biri dedi ora get, biri dedi bura. Oxuma- yazmam da yoxdur, yazam, şikayət edəm. Kimdir ey mənim problemimlə maraqlanan.

-Əvvəllər haradasa işləmisinizmi, ay Gül nənə?

-Təmizlikçi işləmişəm. Üç uşağı zülmlə böyütmüşəm.

-Bəs oğlunuz da var dediniz, o da baxmır sizə?

-Oğlum iki ay olar əsğərə gedib, 19 yaşı var. Hatay tərəfdədir.

Dialoqun bu yerində, bu kəlmələri duyunca bayaqdan içimdə zorla saxladığım üsyanımı cilovlayağa gücüm çatmır daha.

Evi olmayan, pansionatda qalan, yeməyini ikitəkərli arabanın qulpuna bağlayıb, demək olar ki, bütün evi bu arabadan ibarət olan Gül nənə-Vətəni qoruyan əsgər anası bu cür yaşamağı haqq edirmi? Ona və onun timsalında olanlara bu rəvadırmı? Dinləyir məni çiynini çəkir və yenə o gülüşü ilə gülümsəyir.

-Nənə, səsinizi niyə duyurmusunuz. Niyə oğlunuzu əsgər verəndə, “ailəmizin durumundan xəbəriniz varmı”- sualını vermədiniz?

-Oğul əsgər getməlidir. Onun borcudur. Vətəninə borcunu verməlidir. (Bu qadın efirdə olsaydı, pafosdur, deyərdim. Düzü buna da mat qalıram). O isə davam edərək, “Bircə oğlum gəlsin sag-salamat. Bir təhər başımızın çarəsinə baxarıq”-deyə sanki məni sakitləşdirir.

Adı baxtına GÜLməyən nənə

Oğlunun da bir iş tapa biləcəyinə ümidsiz ana, “qocayam, suyu darta bilmirəm. Nə su tutar bu vedrə ki...20-30 qab. Onu da qəpik- quruşa satıram. Yatacaq yerimin pulu və yeməyimə yetir. Budur mənim həyatım. (Bu arada çox köhnə model olan telefonunu çıxardır). Əlimdəki telefonla özününkünü müqayisə edib, “Sizin telefonlar yaxşıdır, şəkil də çəkir”-deyir və köksünü ötürür. Oğlum zəng edir, imkan olanda. Qizlarımdan, onlar da məndən bununla xəbər tuturlar.

Bayaqdan üzündən bərq vuran gülüş zabitlərin dağıtdığı su qabları kimi yerə düşüb parça-parça olur və yerini qara buludlar tutur. Bu bir an sürür. Sərinləmək üçün üzümüzə vurduğumuz su kimi bu nənə də yenidən gülüşünü üzünə yayıb gülümsəyir. Bəlkə də qədərinə gülür.

Zaur və mən onun üzündə donan bu gülüşə baxıb daha mütəəssir oluruq. Bir anlıq bir-birimizə baxıb susuruq. “Nənə, sizin dayanacaqdır, çatdınız, düşün”,-deyirik eyni anda. Bizi məzəmmətləyir. “Başımı söhbətə qatdınız, az qala dayanacağı ötürəcəkdim”. Və yenə Aksarayda bizimlə birgə düşür. Zaur vedrənin dibində qalan iki butulka suyu almadan pulunu verir. Əslində o anda hər ikimizin ona yardım üçün bir az pul vermək keçir könlümüzdən. Amma bunu necə edək, onu incitməyək deyə düşündüyümüz anda- “mən kimsəyə əl açmadım, öz balalarıma belə. Hələ ki, ayağımda taqət var, çalışıb özümü dolandıracam”-sözüylə sarsıdır bizi.

Allahım, bu qürur, bu dözüm türk insanında hardandır! Sizdən yazacam, deyirəm. Tələsdiyini, iftara su yetişdirib bu günlük pansionatda qalmaq və yemək pulunu çıxaracağını düşünüb sadəcə şəklini çəkirəm.

“Nəyimdən yazacaqsan, bala. Bircə zabitalar dəyməsin, ondan yaz. Başqa şey yazma, oğlum utanar, el-aləmdə ayıb olar. Pis iş görmürəm ki, su satıram, halal çörəyimi qazanıram”.
Adı baxtına GÜLməyən nənə
Bu arada qocalar evində qalmağı da özünə sığışdırmır. Əlim iş tuta bilir hələ ki-deyir.

İTİRİDYİ VEDRƏ QAPAĞININ DƏYƏRİ, İTİRDİYİ HƏYATININ DƏYƏRİNDƏN DAHA QİYMƏTLİDİR

Birdən yenə canlandı. Gözü vedrəsinə sataşdı. “Qapaq, vedrəmin qapağı”-deyə tələsik addımlarla tramvay dayacağına getdi. Çöpçü (süpürgəçi) ilə danışıb, qapağını tramvaydan düşərkən itirdiyini söyləyir. O da lazımsız, heç kimə gərək olmayan qapağı çöpə atdığını deyir.

Yanına gedirik. Bayaqdan həyatına təəssüflənsə də giley etməyən bu ana, qapaq üçün az qala ağlayacaq durumda. İtiridyi vedrə qapağinin dəyəri, itirdiyi həyatinin dəyərindən daha qiymətlidir.

-(Deyinir). İndi suyu vedrəyə yığandan sonra onun ağzını nəylə bağlayacam. Hamısı töküləcək arabanı çəkdiyimdə. Təzəsini haradan tapacam...

Yenə vedrə alması üçün pul təklif etmək istərkən...Gedim heç olmazsa, su aldığım yer bağlanmamış su götürüm. Bu gün işim heç yaxşı getmədi-deyə öz aləmində özüylə danışa-danışa uzaqlaşır.

Ədəbi təxəyyülümü zorlayıb portret cızmağıma gərək qoymur üzünün ifadəsi. Donmuş gülüşlü üzü həyatı kimi sabitdir. Pansionatdan başlayan marşrutu isə Aksaray- Eminönu arasında olan məscidlər, parklar, küçələr və yenə son dayanacağı- pansionatda bitir.

Əlimdən bunu yazmaq gəlir. Həyatımız adlarımızda kodlaşdırılıb deyirlər. Onun adı həyatına tərs. 65 yaşında başını soxa biləcək evi yox. Oturub nəvələrə nağıl danışacaq nənə, dərdini suya danışaraq İstanbul küçələrində çörəyini islatmaq üçün su daşıyır. Ünvanını sorsanız, İstanbul sokakları.

Bir ricam var, İstanbula gedəndə susasanız, suyu Gül nənədən alın!

Tünzalə Vəliqızı
Moskva-İstanbul-Moskva




Baxış: 3777 | Bölmə: Reportaj, slayd2
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru